Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İşğaldan azad edilən ərazilərdə kim səs verə bilər? Xəbərlər

0

  • İşğaldan azad olunmuş ərazilər hələ də tam olaraq minalardan təmizlənməyib. Aidiyyəti qurumlar gecə-gündüz bu əraziləri minalaradan təmizləmək üçün çalışır. Buna görə də burada çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Hər bir halda əgər seçki keçirilirsə, demək ki, ora müşahidəçilər və jurnalistlər də gedə biləcəklər.
    Buz.Su xəbər verir ki, bu sözləri Axar.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli deyib.
    Ş.Əsədli bildirib ki, Azərbaycanda 6319 seçki məntəqəsindən 26-sı işğaldan azad olunan ərazilərimizdədir:
    "İşğaldan azad olunmuş ərazilərə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Bu ərazilərdə hər kəs səs verə bilər və heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün səsvermə hüququ olan şəxs qeydiyyatda olduğu (14 yanvardan 4 fevraladək) Məntəqə Seçki Komissiyasına (MnSK) müraciət edərək qeydiyyatdançıxma vəsiqəsi almalıdır. Və bu vəsiqə ilə həmin şəxs nəinki Bakı, Şəki, Gəncə, Şuşa, Ağdam, Xankəndidə, 37 xarici ölkədəki 49 məntəqəmizdə də səs verə bilər", - Ş.Əsədli vurğulayıb.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1175101.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    27
    25
    28
    27
    30
    12
    28
    30
    35
    15
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar