Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Samsung”dan yeni rekord yaddaşlı telefon Xəbərlər

0

  • "Samsung" şirkəti 12 giqabayt yaddaşa malik "Galaxy A55" smartfonunu təqdim edib. 
    Buz.Su lent.az-a istinadən bildirir ki, bu barədə "SamMobile" məlumat yayıb.
    Cihazın 12 giqabayt operativ yaddaş alan markanın ilk sub-flaqmanı olduğu ortaya çıxıb.
    Bu, "Samsung" cihazları üçün rekorddur. Çünki əvvəllər bu həcmdə yaddaşı yalnız flaqman qurğular alırdı.
    Qadcet "Exynos 1480" prosessoru, ən azı 8 giqabayt operativ yaddaş və 128 giqabayt daxili yaddaşla təchiz edilib. Smartfon 6,6 düymlük Super AMOLED displeyə malikdir, 120 Hz tezliyi və Always-on displey funksiyasını dəstəkləyir. Qadcetin arxa panelində 50, 12 və 5 meqapiksel təsvir ölçülü linzaları olan üçlü kamera var. O, saniyədə 30 kadr sürətlə 4K-da video çəkə bilir.
    "Galaxy A55" həmçinin 25 vatt sürətli doldurma dəstəyi ilə 5000 milliamper-saatlıq batareyaya malikdir. Telefonda ekranın altında qurulmuş barmaq izi sensoru, 32 meqapiksellik ön kamera, One UI 6.1 qabığı ilə Android 14 var. "Samsung" dörd illik Android yeniləmə dəstəyi vəd etdi. "Galaxy A55"in əsas versiyasının qiyməti 479 avro təşkil edir. 
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/hitech/1189895.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməElm və Texnoloji
    KateqoriyaTexnologiya xəbərləri
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    10
    9
    23
    15
    32
    29
    25
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar