Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İynənin yeri bərkiyib şişərsə - İlk yardım Xəbərlər

0

  • Əzələyə, xüsusən yan əzələsinə inyeksiya zamanı dərialtı bərkimə, düyün, şiş, irin, göyərmələr ola bilər. Ağrılı bərkimələr bəzən keçir, bəzənsə illərlə qalır.
    Buz.Su bunun səbəbləri və çarələrini təqdim edir.
    İynə yerində şişin, düyünün yaranması normal hal deyil və fəsaddır. Burda həm yeridilən dərmanın rolu var, həm iynənin, həm də iynəvuranın səhv texnikasının. Bircə yanlış hərəkət ciddi fəsadlara yol aça bilər. Bəzənsə inyeksiya yerinə yeni infeksiya düşür və toxumada absess yaranır.
    İynə yerində yaranmış problemə görə yardım:
    Hematoma, göyərmə, qançır - damarlar zədələnəndə olur. Buna qarşı ən yaxşı vasitə - iynədən sonra həmin yeri dərhal salfet və ya pambıqla bərk sıxmaqdır. Əgər göyərmə kecmirsə, heparin və ya troksevazin mazı çəkilir.
    İnfiltrat - iynənin yerində limfa və ya hüceyrələrin toplanaraq qabarıqlıq, şiş yaratmasıdır. Lazımsız toxuma qalıqları və hüceyrələr orda bərk düyün yaradır və ağrı verir. Bu hal sterilliyə riayət etməyəndə və küt iynədən olur.
    Orqanizm infiltratlarla özü mübarizə aparmalıdır. Gec də olsa bu şiş sovrulmalıdır.
    Kömək üçün həmin yerə gündə 2 dəfə 20 dəqiqə müddətində isidilmiş qrelka, isti su doldurulmuş isti butul və ya isti dəsmaldan kompress qoymaqdır. Heç bir yod, maz, dərman çəkmək lazım deyil.
    Absess - ici dolu, irinli, iltihabi proses, qabarma. İynə yerinə bakteral infeksiya düşəndə yaranır.



    Əgər absess yarandısa, mütləq antibiotik və irinin cərrahi işlənməsi lazımdır. Yox əgər müalicə effekt verməsə, hətta əməliyyatla çıxarıla bilər. Absses yerinə maz, isti, soyuq və s. özbaşına kompresslər olmaz.
    Əgər iynə yerində şiş, düyün, göyərmə, absess aylardır sağalmırsa, yeri qaralır və ya qızarırsa, istilik, qızdırma verirsə, o zaman dəri və toxumaaltı irinləmədən və infeksiyanın dərinləşməsindən şübhələnib mütləq həkimə getmək lazımdır.
    Əgər iynənin yeri iltihablaşmayıbsa, o zaman şişkinliyi ev şəraitində də müalicə etmək olar.
    - Kartofu soyaraq yarıya bölün və şişkinliyin üzərinə qoyun.
    - Təmiz əski parçasını isti suda isladın, üzərinə 72% -lik paltar sabunu çəkərək inyeksiyanın yerinə qoyun.
    - 2 hissə bişmiş soğanı 1 hissə paltar sabunu ilə qarışdırın. Daha sonra iynə yerinin üzərinə qoyaraq səhərədək saxlayın. /medicina.az
    Buz.Su

    Mənbə: https://news.milli.az/health/912943.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    32
    29
    25
    27
    28
    22
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar