Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Kapital Bank daha 2 vətəndaşın özünüməşğulluğuna dəstək oldu Xəbərlər

0

  • Ölkənin birinci bankı Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 2 vətəndaşa dəstək göstərib.
    Tovuz rayonundan müraciət edən Həvva Muradovaya un məmulatlarının hazırlanması üçün avadanlıqlar, Bakı şəhəri Suraxanı rayonundan müraciət edən Səmərrux Babayevaya isə kiçik dərzi sexi açmaq üçün  lazımi avadanlıqlar alınıb. Bununla da Kapital Bank tərəfindən memorandum çərçivəsində özünüməşğulluğuna dəstək göstərilən vətəndaşların sayı 133 nəfərə çatıb.
    Xatırladaq ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində paytaxt Bakı, eləcə də regionlarda yaşayan və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar alınır.
    Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.

    Mənbə: https://news.milli.az/economy/1144061.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi9 ay öncə
    İzlənib40 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    121
    39
    3
    37
    13
    34
    33
    40
    111
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar