Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Xankəndidə diz çökən Şahramanyan İrəvanda ilk bunu etdi Xəbərlər

0

  • Qarabağda özünü buraxan separatçıların sonuncu "başçısı" Azərbaycan ordusu qarşısında təslim olsa da, Ermənistana getdikdən sonra yenidən "baş qaldırmağa" başlayıb.
    Buz.Su Publika.az-a istinadən xəbər verir ki, Azərbaycana qarşı cinayət törədən separatçı "liderlər" qandallanaraq, Bakıya gətirilsə də, Samvelin İrəvana gedə bildiyi haqda məlumatlar var. Mümkündür ki, təslim olan Şahramanyan "bağışlananlar siyahısına" daxil ola bilib.
    Lakin əsas məsələ S.Şahramanyanın Ermənistanda hansı işlə məşğul olduğudur.
    Ermənistan mediası Şahramanyanın artıq mövcud olmayan qondarma quruluşun İrəvandakı nümayəndəliyində başının dəstəsi ilə müzakirələr keçirdiyini yazır.
    Şahramanyan iki məsələni prioritet elan edib və bununla bağlı "tapşırıqlar" verib. Bunlardan biri qandallanaraq, Bakıya gətirilən separatçı cinayətkarların azad edilməsi, digəri Qarabağdan Ermənistana qayıdan ermənilərin problemlərinin həll edilməsidir. Samvelin İrəvana gedən kimi bu addımı atması Azərbaycan ərazisində məhv edilən erməni separatizminin Ermənistanda yenidən davam etdiriləcəyinə işarədir. Bu cəhdlərin praktiki olaraq nəticə verməyəcəyi aydındır, lakin bölgəyə sülhün gəlməsi üçün erməni separatizminin ümumiyyətlə sıradan çıxarılması vacibdir. Bunu Ermənistan hakimiyyəti də düşünməlidir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1147839.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    10
    13
    30
    13
    19
    34
    15
    24
    28
    34
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar