Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Keçmiş bank prezidenti bu əməllərinə görə edam ediləcək - FOTO Xəbərlər

0

  • Çinin Cinan şəhər xalq məhkəməsi ölkənin ən iri banklarından olan CITIC-in sabiq prezidenti Sun Deşun haqqında ölüm hökmü çıxarıb.
    Buz.Su AZƏRTAC-a istinadən bildirir ki, sabiq prezidentə bu cəza təxminən 1 milyard yuan (136,5 milyon ABŞ dolları) dəyərində korrupsiya əməllərinə görə verilib. Məhkəmə Sun Deşunun 2 illik möhlətlə edam olunması ilə yanaşı, onun bütün siyasi hüquqlardan məhrum edilməsinə və əmlakının müsadirə olunmasına da qərar verib. İkiillik möhlət dövrünün sonunda onun haqqındakı edam cəzası bir daha yüngülləşdirilməmək şərti ilə ömürlük azadlıqdan məhrumetmə ilə əvəz oluna bilər.
    Qeyd edək ki, Sun Deşun 2003-2019-cu illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışıb, habelə Çin Kommunikasiya Bankının Pekin filialının sədri, CITIC bankın vitse-prezidenti və prezidenti olub. Məhkəmənin gedişində onun rəhbər vəzifələrdə çalışarkən fiziki və hüquqi şəxslərə iri miqdarda kredit ayrılması müqabilində külli miqdarda rüşvət almasına dair ittihamlar sübuta yetirilib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1157706.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    30
    27
    48
    31
    24
    24
    24
    29
    38
    24
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar