Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Kəpək heç bir şəkildə insanın fiziki sağlamlığına təsir göstərmir” Xəbərlər

0

  • Kəpək uzun müddət ərzində dəri parçalarının soyulduğu baş dərisi xəstəliyidir. Başda kəpəyin niyə yaranması, onun qarşısını almaq vasitələri barədə rusiyalı trixoloq və kosmetoloq Anastasiya Kurskaya danışıb.
    Buz.Su oxu.az-a istinadən bildirir ki, ilk olaraq trixoloq qeyd edib ki, kəpəyə yoluxmaq mümkün deyil.
    Kurskayaya görə, kəpək heç bir şəkildə insanın fiziki sağlamlığına təsir göstərmir, lakin şübhə və narahatlığa səbəb ola bilər.
    Kəpəyin səbəbləri arasında Kurskaya seboreik dermatit, Malassezia cinsindən olan göbələk, baş dərisinin quruması, immunitet sisteminin pozğunluğu, stress, hormonal pozğunluqlar və s. olduğunu bildirib.
    "Baş dərinizin sağlam görünüşünü bərpa etmək mümkündür, lakin bunun üçün mütəmadi olaraq saça qulluq qaydalarına riayət etməli, həmçinin pəhriz və həyat tərzinizdə müəyyən dəyişikliklər etməlisiniz", - deyə trixoloq qeyd edib.



    Kurskaya kəpəyin baş dərisini narahat etməməsi üçün dərmanlı şampunlardan istifadə etməyi, saçı müalicəvi bitkilərdən hazırlanan dəmləmələrlə yaxalamağı, hər gün saçı ilıq su ilə yumağı və qurutmadan əvvəl istilik qoruyucuları tətbiq etməyi tövsiyə edib.
    Kəpək uzun müddət günəşə məruz qalmaqdan da yarana bilər. Bu halda saçı ultrabənövşəyi şüalardan qoruyan papaq taxmaq daha yaxşıdır. Xlorlu su da kəpəyi gücləndirir. Ona görə də trixoloq hovuzda çimərkən həmişə papaq taxmağı tövsiyə edir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/health/1155202.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    28
    6
    33
    28
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar