Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Kirayə mənzillər bu tarixdən bahalaşacaq Xəbərlər

0

  • Azərbaycanda ənənəvi tədrisin başlaması hər il Bakıda kirayə mənzil bazarında aktivliyin kəskin artmasına və qiymətlərin bahalaşmasına səbəb olur. Artıq dərslərin başlanmasına az bir vaxt qalır və eyni vəziyyətin bu il də baş verəcəyi qaçılmazdır.
    Məsələ ilə bağlı Trend-ə açıqlama verən "MBA Consulting Group" şirkətinin direktoru Nüsrət İbrahimov deyib ki, kirayə mənzil bazarında qiymət artımı, adətən, avqustun üçüncü ongünlüyündə və sentyabr ayında olur.
    "Hələlik avqustun 20-dək artım müşahidə edilməyib. Sentyabrın əvvəlində artımın nə qədər olacağı məlum olacaq. Əvvəlki illərə nəzər salsaq, avqustun üçüncü ongünlüyündə 6%, sentyabr ayında isə 9% faiz qiymət artımı olmuşdu. Yəqin, bu il də kirayə mənzil bazarında qiymət artımı qaçılmaz olacaq", - deyə o qeyd edib.
    Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrində dərslər sentyabr ayının 15-də başlayır. Kirayə mənzil bazarında əsas tələb metrostansiyaların və ali təhsil müəssisələrinin yaxınlığında olan evlərədir.



    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1139489.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib34 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    25
    15
    24
    26
    35
    15
    11
    12
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar