Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Mərhum müğənninin qızının sözləri ÜRƏK DAĞLADI: “Kaş atamın..." - FOTO Xəbərlər

0

  • Buz.Su bildirir ki, tanınmış müğənni Rüfət Mehdiyevin qızı Zenfira Mehdiyeva Moderator.az-ın suallarını cavablandırıb.

    -Zemfira xanım, Rüfət Mehdiyevin qızı olmaq həyatda sizə hansı yolları açıb? Yaxud da əksinə, hansı maneələrlə qarşılaşmısınız?
     
    -Rüfət Mehdiyevin qızı olduğum üçün fəxr edirəm və özümü çox şanslı və xoşbəxt hiss edirəm. Heç bir maneə, neqativ hal olmayıb. Bu günə qədər kim eşidibsə Rüfət Mehdiyevin qızıyam, xoş münasibətlə, hörmətlə qarşılayıblar. İnsanların atama qarşı sevgisi bir başqa idi. İllər keçsə də insanların bu sevgisi azalmayıb. Onların hamısı atamı hörmətlə anır.
     
    -Atanız xatirənizdə necə qalıb?
     
    -Atamın 4 yaşı olanda anasını itirib. Mənə nənəmin adını verib. Hər dəfə mənə deyirdi ki, "sən mənim anamsan". Həddindən artıq qayğıkeş, mülayim, zarafatcıl biri idi. Gününün çox hissəsini işdə keçirməsinə baxmayaraq bizi diqqətsiz qoymurdu. Hər dəfə işdən gələndə bizim üçün hədiyyələr alırdı. Yadımdadır ki, ad günümdə Aygün Kazımova da gəlmişdi. Uşaq idim, hələ çox şeyi dərk etmirdim.
     
    -Atanızın münasibət saxlamadığı sənət yoldaşları var idi?
     
    -Atamın istər sənətdə, istərsə də sənətdən kənarda çox dostları olub. O insanlarla bizim münasibətimiz hələ də davam edir. İndi elə dostlar çox azdır. Atam dostları ilə vaxt keçirməyi sevirdi.
     
    -Sizcə Rüfət Mehdiyevdən incəsənətimiz lazımınca istifadə etdi?
     
    -Məncə hər şey yarım qaldı. Atam kimi sənətkarlar indiki dövrdə səhnəmizdə yoxdur.
     
    -Atanızın yolunu davam etdirmək, o mahnıları yenidən oxumaq yaxud da bir albom halından cəmləmək ağlınızdan keçib?
     
    -Əvvəl istəyirdim, lakin indi istəmirəm. Çünki hər şey çox adiləşib. İncəsənətdə heç nə əvvəlki kimi deyil. Özümü orada görmürəm. Ona görə də öz biznesimi qurmuşam. Həm də atam istəmirdi mən müğənni olum. O bilirdi ki, həvəsim var. Hətta Aygün Kazımovanı çox bəyənirdim. Deyirdim ki, böyüyəndə onun kimi müğənni olacağam. Atam da bu sahənin çətin olduğunu mənə deyirdi. 
     
    -Atanızın sizinlə bağlı hansı arzusu yarım qaldı?
     
    -Universitetə qəbul olunmağımı görmədi. Lakin çox arzulayırdı. Bu günə qədər atamın bizimlə bağlı arzuladığı hər bir şeyi etmişik. Hal-hazırda özümüz öz ayaqlarımız üzərində durmağı bacarırıq, öz işimizi qurmuşuq. Məncə atam sağ olsaydı bizimlə fəxr edərdi. Hər addımımızı onu düşünüb atırıq. Ona layiqli övlad olmağa çalışırıq.
     
    -Düşünürsünüzmü ağlım kəssəydi, yanında olsaydım və ona bir çox mövzularda kömək etsəydim bəlkə də bu qədər tez dünyasını dəyişməzdi?
     
    -Əlbəttə! O kaşkilər insanı məhv edir. Hər dəfə düşünürəm ki, bəlkə bir az böyük olsaydım, ağlım kəssəydi, onun yanından heç ayrılmazdım. Nə qədər maneələr olursa-olsun onunla çoxlu vaxt keçirərdim. Yanında olardım, dəstək göstərərdim. Yaşım o vaxt çox olsaydı hər şey bəlkə başqa cür olardı. Düzdür, hər insanın öz qisməti var, amma kaşki böyük olaydım. Onda bu yaşadıqlarımın heç birini yaşamazdım. Hər kəsə layiq olduğu kimi cavab verə bilərdim. 
     
    -Yuxularınıza gəlir?
     
    -Çoxdandır atamı yuxuda görmürəm. Əvvəllər yuxularıma çox tez-tez gəlirdi, indi isə yox. Əvvəl yuxularıma gəlib, sağ olduğunu, hər zaman bizim yanımızda olduğunu deyirdi. Onu bərk-bərk qucaqlayırdım, sevinirdim. Atamı itirdiyim günlər idi. Heç cür ölümü ilə barışa bilmirdim. Yuxuma gəlib mənə dedi ki, "sağam, ölməmişəm". Dedim ki, "mən gedib hamıya deyə bilərəm ki, atam sağdır?". Dedi ki, "əlbəttə". O yuxudan sonra rahatlıq tapdım. Kaşki yuxularım gerçək olardı (kövrəlir). Biz atamızı vaxtsız itirdik. Ondan doymadıq. Atamı itirəndə 17 yaşım var idi, onu itirəndən sonra birdən-birə böyüdüm. Bu günümüzü, nəvəsini kaş görərdi.. Mənim toyumda atamın bütün sənət yoldaşları iştirak etdi. Sağ olsun, hamısı böyük həvəslə, hörmətlə gəldilər.
     
    -Atanızın mahnılarını oxuyanlara və bundan sonra oxumaq istəyənlərə nə demək istərdiniz?
     
    -Hər gün demək olar ki, hansısa restoranda, kafedə, radio və efirlərdə atamın mahnılarını eşidirəm. Gənclər bu mahnıları çox sevirlər və ifa edirlər. Bu mənə qürur verir. Üstündən illərin keçməsinə baxmayaraq atamın mahnılarına hələ də tələbat var. Həmin mahnıları müğənnilər yaşadırlar. Unudulmur, dinlənilir. Bu mənim üçün çox böyük fəxrdir. Hər kəsə təşəkkür edirəm.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
     


    Mənbə: https://news.milli.az/showbiz/1172716.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    5
    29
    17
    15
    29
    32
    38
    29
    27
    12
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar