Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Musa Qurbanlıdan “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərə münasibət Xəbərlər

0

  • Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı Bolqarıstanla (1:1) matçdan sonra müsahibə verib.
    Buz.Su İdman.Biz-ə istinadən bildirir ki,  22 yaşlı hücumçu matçı dəyərləndirib, gələcək karyerasından danışıb.
    - ⁠Millinin "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində həm Bolqarıstan, həm də Monqolustan yığması ilə qarşılaşması barədə nə fikirlərin necədir?

    - ⁠Uzun müddət sonra Vətənə qayıtmaq, eyni zamanda millidəki komanda yoldaşlarımızla çiyin-çiyinə mübarizə aparmaq çox yaxşı oldu. Uzun müddətdir onları görmürdüm. Bu baxımdan da mənə çox xoş oldu. Hər bir halda, millidə oynamaq şərəfdir. Çox istərdik ki, hər iki oyunda da qələbə qazanaq. Amma ikinci oyunda şansızlıqlar oldu. Lakin hər bir halda qələbəyə layiq idik.
    - Yayda "Qarabağ"a dönəcəyinizlə bağlı xəbərlər çıxır. Bunlar nə dərəcədə doğrudur?
    - ⁠Bu barədə heç bir xəbərim yoxdur. Hələ ki, öz klubumdayam. Heç bir qərar verməmişəm. "Qarabağ"la da belə bir danışığımız olmayıb.
    - "Yurqorden"ə yeni getdikdə hər şey yaxşı idi. Lakin sonradan qol vurmadın və məşqçi sənə şans vermir. Bu barədə nə deyə bilərsən?
    - ⁠Məncə, belə şeylərin olması normaldır. Çünki bilirdim ki, o komandaya gedəndə heç nə nağıl deyil. Birdən-birə nəsə etmək olmayacaq. Bəzən çətinliklər olur, bəzən isə hər şey yaxşı gedir. Çətinliklərə hazır idim. Düzdür, oynamayan hər bir futbolçu üçün psixoloji olaraq çətindir. İndi belə gətirib. Komandamızın keçən ilki vəziyyəti enişli-çıxışlı oldu. "Yurqorden" özünü yeni-yeni toparlayır, təzə transferlər edilir. Bütün bunların hamısı məşqçinin qərarıdır. Mənim üzərimə düşən isə yaxşı çalışıb, heyətdə öz yerimə qayıtmaqdır.
    - ⁠Hər kəs yaxşı bilir ki, azərbaycanlılara qarşı xaricdə yanaşma fərqlidir. İsveçdə öz klubun daxilində sənə və ümumilikdə Azərbaycan vətəndaşlarına yanaşma necədir?
    - ⁠Mən mənfi bir şey heç vaxt hiss etməmişəm. Klubumda hamıya eyni hörmətlə yanaşılır. Azərbaycanlı olduğum üçün heç bir ayrı-seçkilik görməmişəm. Bu barədə narazı qaldığım məqam belə olmayıb.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1192467.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib16 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    16
    11
    21
    29
    25
    31
    13
    28
    33
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar