Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Muzeydə musiqi” layihəsi çərçivəsində Filarmoniyanın kollektivi və “Gənclərə dəstək” liştirakçılarının konserti keçirilib - FOTO Xəbərlər

0

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən "Muzeydə musiqi" layihəsi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi və  "Gənclərə dəstək" layihəsi iştirakçılarının konserti keçirilib.
    Öncəliklə Azərbaycan Milli İncəsənət Muzeyinin mədəniyət və təhsil şöbəsinin müdiri Türkan Cəfərzadə tamaşaçıları salamlayıb və layihə haqda ətraflı məlumat verib.
    Daha sonra F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu (xormeyster Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelia, konsertmeysterlər Lalə Bağırzadə , Fərdin İlham Məhəmmədzadə, Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Məmmədov (kamança), Emin Eminli (tar), Eyvaz Mütəllimov (nağara)) və artistləri Rəqsanə Sədatova, Nicat Mirzəyev, solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Nurcan Rzayeva (piano), Orxan Mövlan (tenor), Abid Çələbiyev (kamança), Orxan Əlizadə (tenor), Əli Vəliyev (piano),Talıb İsgəndərli (bariton), Lalə Əhmədova (bəstəkar), Cəlil Bəşirli (tar), Mehin Zalıyeva (piano), Gülnar Mirzəyeva (piano), Cəlalə İsmayılzadə (cello), Hüseynağa Aslanov (qiraətçi) Nigar Hüseynzadə, Əli Talıbov, Svetlana Əhmədovanın müşayiəti ilə rəngarəng proqram ilə dinləyicilərin qarşısında çıxış ediblər.
    Proqramda Azərbaycan, Qərbi Avropa bəstəkarlarının əsərləri və Azərbaycan xalq mahnıları səslənib.
    Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri - Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.
    İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Buz.Su

    Mənbə: https://news.milli.az/culture/1193217.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaMədəniyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    28
    16
    12
    21
    19
    27
    33
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar