Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Nadir avtomobil hərraca çıxarılır: Dünyada cəmi üç nüsxədir - FOTOlar Xəbərlər

0

  • Son dərəcə nadir "Koenigsegg Agera RSR" hiperkarı martın doqquzunda Dubayda keçiriləcək "RM Sotheby's" tədbirində hərraca çıxarılır.
    Buz.Su oxu.az-a istinadən bildirir ki, bu avtomobil üç nüsxədə sırf Yaponiya bazarı üçün hazırlanıb, lakin indi hər kəs tərəfindən satın alına bilər.
    Lotun gözlənilən qiyməti 2,8-3,4 milyon dollardır.
    Avtomobilin kapotunun altında 1160 at gücü hasil edən 5 litrlik V8 mühərriki var. O, 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və 450 km/saat sürət həddinə çatmağa qadirdir.
    Dubay hərracında daha bir diqqət çəkən lot 2023-cü ilin "Aston Martin Valkyrie" hiperkarı olacaq. Bu avtomobil "Red Bull Advanced Technologies" və məşhur mühəndis Adrian Nyuveyin iştirakı ilə hazırlanıb. Lotun gözlənilən qiyməti 2,9-3,3 milyon dollardır.
    Həmçinin, iddiaçılara iki "Lamborghini" də təklif olunacaq. Mütəxəssislər 2009-cu il "Murciélago LP640-4 Roadster"i 250-300 min dollar dəyərində qiymətləndirirlər, lakin mövcud iyirmi avtomobildən biri olan 2017-ci il "Centenario LP770-4 Coupe"nin 2-2,5 milyon dollara satılacağı gözlənilir.
    Bundan əlavə, hərraca üç "Ferrari" çıxarılır. "812 Competizione"nin 1,1-1,3 milyon dollara, "360 Challenge Stradale"nin 200-250 min dollara, mexaniki transmissiyalı 1997-ci il "F355 Spider"in isə 140-160 min dollara satılacağı planlaşdırılır.
    Bununla yanaşı, "A 675LT Spider", BMW Z8 və iki "Porsche 911 Carrera" da lotlarının siyahısındadır.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/interest/1184104.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    18
    13
    26
    33
    8
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar