Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qvatemala Prezidentinin andiçməsi deputatların gəlməməsi səbəbindən yubanır Xəbərlər

0

  • Qvatemalanın yeni seçilmiş Prezidenti Bernardo Arevalonun andiçmə mərasimi respublika Konqresinin (birpalatalı parlament) inauqurasiya iclasında yetərsay olmadığı üçün bir neçə saat yubanır.
    Buz.Su report.az-a istinadən xəbər verir ki, bu barədə yerli "Prensa Libre" qəzeti məlumat yayıb.
    Məlumata görə, iclas səhər saatlarında başlamalı idi. Arevalo iddia edib ki, onun rəqibləri mərasimi qəsdən yubandırırlar. "Deputatlar xalqın seçkilərdə ifadə olunan iradəsinə hörmət etməyə borcludurlar. Demokratiya qanunsuzluq, cılızlıq və hakimiyyətdən sui-istifadə ilə sarsılır. Qvatemala xalqı və beynəlxalq ictimaiyyət bunu izləyir", - o, "X" hesabında yazıb.
    Arevalonun tərəfdarları Qvatemalanın küçələrinə toplaşaraq, mərasimin başlanmasını tələb edib, eləcə də rəhbərliyi seçkilərin nəticələrinin təsdiqinə mane olan Respublika Baş Prokurorluğunun əleyhinə bəyanatlar səsləndiriblər.
    Arevalonun andiçmə mərasimində İspaniya kralı VI Filip, Latın Amerikasının bir sıra ölkələrinin rəhbərləri, həmçinin ABŞ və Aİ rəsmiləri gəliblər.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1175510.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    44
    12
    26
    29
    26
    15
    17
    33
    29
    12
    24
    13
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar