Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Naxçıvanda ŞOK OLAY: Yeni evlənən bacısının evinə qonaq getdi... - TƏFƏRRÜAT Xəbərlər

0

  • Naxçıvanda bacısının qızıllarını oğurlayan qadının məhkəmə prosesi başa çatıb.
    Buz.Su qafqazinfo-ya istinadən xəbər verir ki, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə Nigar Qurbanova (ad-soyad şərtidir) 1 il azadlıqdan mərhum edilib. Onun cəzası şərti hesab edilib və 6 ay sınaq müddəti təyin olunub.
    Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bacısı Gülnaz (ad şərtidir) yeni ailə həyatı qurduğundan və ilk Yeni il bayramı olduğundan yaxın qohumları ilə birgə onlara qonaq gediblər.
    Yemək yedikdən sonra bacısı Gülnaz otağına keçərək paltar ütülüməyə başlayıb. Bacısı paltarı ütülədikdən sonra ütünü Nigara verərək əşyanı termonun içərisinə qoymasını xahiş edib. Nigar isə bacısının otağındakı termonu açanda orada qızıl qutusunu görüb. 
    Qutunu açan qadın qızılları görüb və 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 ədəd üzüyü cibinə qoyaraq otaqdan çıxıb, ardınca isə evə gedib.
    Bir müddət sonra isə Gülnaz bacısına zəng vuraraq qızıllarını tapa bilmədiyini, ondan qızılları götürüb-götürmədiyini soruşub. Nigar isə ona qızıllardan xəbəri olmadığını bildirib.
    Nigar Qurbanova bundan sonra polisə dəvət edilib, orada artıq işin üstünün açılacağını anlayıb və bacısına məxsus olan qızılları götürdüyünü etiraf edib.
    Qeyd edək ki, təqsirləndirilən Nigar Qurbanova 8 aylıq hamilədir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/incedent/1155009.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaHadisələr
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    33
    28
    24
    32
    16
    31
    20
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar