Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Müğənni ÜSYAN etdi: "Dolana bilmirəm, qoyun otarıram" Xəbərlər

0

  • "Dəfələrlə müraciət etmişəm. Amma səsimə hay verən yoxdur, hələ də işsizəm".
    Buz.Su bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Pərvin Səfərov deyib. 
    Sənətçi qeyd edib ki, universiteti bitirəndən sonra ixtisası üzrə dövlət işində çalışmağı ilə bağlı aidiyyatı qurumlara müraciət edib:
    "Planlaşdırmışdım ki, universiteti bitirib hansısa mədəniyyət sahəsində ixtisasımla bağlı çalışaram. Amma müraciətimə baxan yoxdur, hara müraciət edirəmsə, deyirlər ştat yoxdur. Qalmışam belə, odur ki, məcbur olub fərdi işlə məşğulam". 

    Müğənni ali təhsilli olmasına baxmayaraq, kənddə qoyun otardığını vurğulayıb: 
    "Neçə vaxtdır kəndəyəm, burda olduğum müddətdə də qoyunları özüm sahəyə aparıram. Biz qoyunları dolanışıq üçün saxlayırıq. Böyük təsərrüfat deyil, 20-25 qoyunumuz var. Evimizə başqa yerdən gəlir gəlmədiyi üçün qoyunlarla dolanırıq, kəsirik, satırıq və s. Bu səbəbdən də qoyunların sayı stabil qalır, artmır. Kəndə gələndə təsərrüfata özüm baxıram. Nə olsun müğənniyəm, burda böyümüşəm. Nə qədər məşhur sənətçi olsam da, keçmişimi unuda bilmərəm. Mən qoyun güdə-güdə böyümüşəm. Bəziləri kimi yalandan danışmağı xoşlamıram. Mən olduğum kimi yaşamağı sevirəm, yaşamadığın həyatı göstərib yalandan hava atmaq mənasızdı. Bəziləri icarəyə maşın götürüb yaşayışlarını nümayiş etdirir".
    Müğənni deyir ki, cəmiyyət bahalı həyata üstünlük verir:
    "Olduğum kimi sadə həyatımı yaşayıram. Heç kim mənə maraqlı deyil. Nə olsun müğənniyəm,  qoyunları özüm aparıb sahəyə özüm də gətirirəm, hamı da görür. Kəndə kəndçi, səhnədə isə populyar müğənniyəm". 
    Buz.Su

    Mənbə: https://news.milli.az/showbiz/1141792.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib32 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    31
    33
    13
    31
    24
    3
    11
    23
    12
    22
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar