Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Neftçi"nin baş məşqçisi: Böyükhesablı məğlubiyyətə layiq deyildik Xəbərlər

0

  • Birinci hissədə yaxşı oynadıq. Böyükhesablı məğlubiyyətə layiq deyildik.
    Buz.Su report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç "Qarabağ"a evdə 1:4 hesabı ilə uduzduqları Premyer Liqanın XXV turunun matçından sonra mətbuat konfransında deyib.
    Mütəxəssis ikinci yarıda böyük səhvlər səbəbindən qollar buraxdıqlarını söyləyib: "Ondan sonra əlimizdən gələni etdik. Amma əks-hücumlarda yaxalandıq. Qapımızda belə qollar görəcəyimizi gözləmirdik. Məncə, bu səhvləri götürsək, oyunumuzun keyfiyyəti yaxşı idi. Azərbaycan çempionatında "Qarabağ"a belə təzyiq göstərən komanda görməmişəm".
    Bojoviç hazırda qlobal dəyişikliklərə imkanlarının olmadığını vurğulayıb: "Günahı Yuri Matiasın və Qara Qarayevin üzərinə atmaq istəmirəm. Bütün futbolçularımız sonadək mübarizə apardılar. Digər komandalara qarşı da belə çıxış etsək, daha asan olacaq. Bu gün meydanda Avropa səviyyəsində oyun gördük".
    Baş məşqçi Emin Mahmudovun zədəyə görə əvəzlənməsinin komandaya təsir etdiyini deyib: "Eyni epizod "Qəbələ" - "Qarabağ" matçında da yaşanıb. Həmin vaxt meydan sahiblərinin futbolçusu qırmızı vərəqə almışdı".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1187438.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    29
    35
    18
    30
    45
    37
    19
    39
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar