Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Balakənlilər seçkini böyük sevinc və həyəcanla gözləyirlər” Xəbərlər

0

  • "Balakənlilər fevralın 7-də keçiriləcək seçkiləri böyük sevinc və həyəcanla gözləyirlər. Dairəmiz üzrə 44 seçki məntəqəsinin hamısında növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün zəruri hazırlıq işləri yekunlaşıb". 
    Buz.Su xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 110 saylı Balakən dairə seçki komissiyasının (DSK) sədri Vahid Əliyev bildirib.
    O məlumat verib ki, məntəqələrin təchizat və təminat məsələləri tələblərə uyğun həll edilib: "Məntəqələrin 8-də veb-kameralar quraşdırılıb. Seçki Məcəlləsinin 96-cı maddəsinin tələbinə uyğun olaraq bülletenlərin seçki məntəqələrinə paylanılması təmin edilib. Yaşlı və sağlamlıq imkanları məhdud şəxslər üçün isə daşınan qutu vasitəsilə səsvermə imkanı yaradılacaq".
    V.Əliyev həmçinin vurğulayıb ki, dairə üzrə qeydiyyatda olan 48 min 990 seçicidən 1 705-i prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edəcək: "Yaşı yüzdən yuxarı olan seçicimizin sayı isə 2-dir. Onlar 9 saylı seçki məntəqəsində qeydiyyatda olan, 1922-ci ildə anadan olmuş Xəlilova Pətimat Əli qızı və 3 saylı məntəqənin seçicisi 1924-cü il təvəllüdlü İbrahimova Fatma Abdurəhman qızıdır".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/society/1180381.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    16
    10
    30
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar