Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır” Xəbərlər

0

  • "İsrail ordusu Qəzza zolağında əməliyyatın yerüstü mərhələsinə hazırlıqlarını davam etdirir, lakin onun başlamasının dəqiq vaxtı barədə danışmaq tezdir.
    Buz.Su report-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciətində deyib.
    Onun sözlərinə görə, İsrail Fələstinin radikal HƏMAS hərəkatının hədəflərinə atəş açmaqla minlərlə terrorçunu zərərsizləşdirib:
    "Bu, hələ başlanğıcdır. Bundan əlavə, yerüstü əməliyyatlara da hazırlaşırıq. Bunun nə vaxt, necə olacağını deməyəcəyəm, nəzərə aldığımız bütün amilləri açıqlamayacağam. Onların əksəriyyəti ictimaiyyətə məlum deyil".
    Netanyahu təsdiqləyib ki, Qəzza zolağında əməliyyatın əsas məqsədləri dəyişməz qalır: HƏMAS-ın inzibati strukturunun və hərbi potensialının tamamilə aradan qaldırılması və anklavda saxlanılan bütün girovların azad edilməsi.



    O vurğulayıb ki, İsrailin hərbi-siyasi rəhbərliyi "qələbəyə qədər öz məqsədlərinə çatmaq üçün gecə-gündüz işləyir":
    "Burada heç bir siyasi faktor yoxdur, bizim qarşımızda yalnız bir vəzifə var - ölkəni xilas etmək, qələbəyə nail olmaq. Yerüstü əməliyyatın başlama vaxtı ilə bağlı qərarı ölkənin Nazirlər Kabineti və Ordu Baş Qərargahı yekdilliklə qəbul edəcək. Biz döyüşçülərimiz üçün optimal şəraitin təmin edilməsi üçün hər şeyi edirik".
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1153057.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib32 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    15
    28
    24
    11
    35
    13
    34
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar