Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Nizami rayonunda növbəti həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib - FOTO Xəbərlər

0

  • Ölkə başçısının tapşırıqlarına əsasən son illərdə Bakı şəhərində geniş vüsət alan abadlıq-quruculuq işləri çərçivəsində Nizami rayonu, Qara Qarayev prospekti 2a ünvanında növbəti həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
    Görülən abadlıq işləri çərçivəsində həyətdə azyaşlı uşaqlar üçün müxtəlif növ oyun elementlərindən ibarət meydançalar, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğuları və turnik trenajorları kompleksinin quraşdırıldığı idman meydançası yaradılıb. Bundan əlavə, ərazidə söhbətgahlar, oturacaqlar, tullantılar üçün qutular qoyulub.
    Həyətdə elektrik sistemi yenidən qurularaq yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, həmçinin binanın giriş hissəsində yol genişləndirilib, həyətin  asfalt örtüyü və səki daşları yenilənib.
    Aparılmış abadlıq-quruculuq işləri çərçivəsində ərazidə yerləşən 700-dən çox sakinin yaşadığı 9 mərtəbəli 7 bloklu bina əsaslı təmir olunub, hərəkəti məhdud sakinlərin rahatlığı üçün panduslar qoyulub, sakinlərin şəxsi avtomobilləri üçün parklama yerləri yaradılıb.
    Ölkədə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və ərazidə yaşıllaşdırmanın və bioloji müxtəlifliyin artırılması məqsədilə həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı 200-dən çox ağac , 2000-dən artıq bəzək kolu, gül və çiçək əkilib.
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1188140.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib16 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    21
    27
    27
    11
    30
    21
    30
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar