Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Nuh peyğəmbər əslində nə qədər yaşayıb? Xəbərlər

0

  • Sual: Nuh peyğəmbər əslində nə qədər yaşayıb? Bildiyiniz kimi bu məsələ mübahisəlidir. Ayədə belə deyilir: "50 ili çıxılmaqla aralarında 1000 il qaldı". Buradan belə çıxır ki, Nuh peyğəmbər 950 il yaşayıb. Amma bir tədqiqatçıdan eşitmişəm ki, Şumerlərin dövründə il məfhumu 1 aylıq vaxtı bildirmək üçün işlədilirmiş. Əgər belədirsə, 1000 ili mübaliğəli yox, normal bir ömür müddəti kimi qəbul etmək olar. Yəni, təxminən 83 və ya 84 il. Bir tərəfdən də bunu: "Allahın qanununda dəyişiklik tapa bilməzsən" ayəsi ilə birlikdə düşünəndə 950 illik bir ömür həqiqətən də, çox mübaliğəli görünür. Mən səhv fikirləşməkdən Allaha sığınıram. Görəsən, bu məsələdə düzgün variant nədir?
    Allah belə buyurur:
    "Göyləri və yeri yaratdığı gündən bəri Allah yanında - Allahın kitabında ayların sayı 12-dir. Bunlardan 4-ü haram aylardır. Bu, düppədüz bir hesabdır. Nəbadə, özünüzü bu aylarda yanlış bir şeyə atasınız (səhvə yol verəsiniz). O müşriklər sizinlə necə savaşırlarsa, siz də onlarla elə savaşın. Bilin ki, Allah qorunanlarla bərabərdir" (Tövbə, 9/36).
    Bu ayəyə əsasən dünya yaradıldığı gündən bəri 1 il 12 aydan ibarətdir. Başqa sözlə, Nuh peyğəmbərin yaşadığı müddət 950 ay deyil, ayədə açıq-aydın bir formada bildirildiyi kimi 950 ildir. Biz bu məsələdə Şumerlərə dair məlumatı yox, Allahın kəlamında deyilənləri nəzərə almalıyıq.
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1171967.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    62
    21
    5
    39
    12
    23
    21
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar