Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ölkələr ərzağa yox, silaha üstünlük verirlər Xəbərlər

0

  • BMT Baş katibi Antoniu Quterriş dünya ölkələrinin ərzaq təhlükəsizliyi və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün pullar xərcləmək əvəzinə bu vəsaitlərin silahların alınması və işlənib hazırlanmasına sərf etməsindən narahatdır.
    Buz.Su report.az-a istinadən xəbər verir ki, o bu barədə BMT Təhlükəsizlik Şurasında iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi ilə bağlı açıq müzakirələr zamanı bildirib.
    "Dövlətlərin ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və davamlı inkişaf üçün büdcələri kəsərkən silahlara böyük məbləğlər xərclədiyini görmək narahatedicidir. Biz aclıq, iqlim xaosu və münaqişə ilə onların beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdid arasında ölümcül əlaqəni qıra bilərik. Gəlin bunu reallığa çevirmək və aclıq və müharibə dəhşətlərindən azad, yaşana bilinən, davamlı gələcək qurmaq üçün addımlar ataq", - A.Quterriş deyib.
    Daha əvvəl Beynəlxalq Strateji Araşdırmalar İnstitutu öz hesabatında qlobal müdafiə xərclərinin 2023-cü ildə 9% artaraq rekord həddə - 2,2 trilyon ABŞ dollarına çatdığını və bunun yarısının NATO ölkələrinin payına düşdüyünü bildirmişdi.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1182807.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib17 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    18
    41
    29
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar