Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Özəl məhkəmə eksperti olmaq istəyənlərin NƏZƏRİNƏ Xəbərlər

0

  • Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı təsdiq edilib.
    Buz.Su xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
    Qərara əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlər aşağıdakılardır:
    Məhkəmə ekspertizası və kriminalistika ixtisasları üzrə xarici ölkələrdə verilmiş elmi dərəcələri və elmi adları təsdiq edən diplomlar, attestatlar və ya digər sənədlər (nostrifikasiya olunmuş (ekvivalentliyi müəyyən edilmiş və tanınmış) və ya təkrar attestasiya əsasında tanınmış);
    Aşağıdakı beynəlxalq təşkilatlar tərəfindən verilən və tam təlim proqramının bitirməsini təsdiq edən sertifikatlar və ya digər sənədlər:
    -. Diplomlu Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA - Association of Chartered Certified Accountants) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;
    -. Amerikanın Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA - American Institute of Certified Public Accountants) tərəfindən verilən Sertifikatlaşdırılmış İctimai Mühasib (Certified Public Accountant) sertifikatı;
    -. Psixoloqlar Assosiasiyalarının Avropa Federasiyası (EFPA - European Federation of Psychologists Associations) tərəfindən verilən Psixologiya üzrə Avropa Sertifikatı (EuroPsy - European Certificate in Psychology);
    -. CFA İnstitutu tərəfindən verilən Diplomlu Maliyyə Analitiki (CFA - Chartered Financial Analyst) sertifikatı;
    -.Odlu Silah və Alət İzləri üzrə Ekspertlər Assosiasiyası (AFTE - Association of Firearm and Toolmark Examiners) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;
    - Elektronika Sahəsində Mütəxəssislər Assosiasiyası (ETA - Electronics Technicians Association) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;
    - Sistem Mühəndisliyi üzrə Beynəlxalq Şura (INCOSE - International Council on System Engineering) tərəfindən verilən Sistem Mühəndisliyi Sahəsində Yüksək İxtisaslı Mütəxəssis (ESEP - Expert Systems Engineering Professional) sertifikatı;
    - İdentifikasiya üzrə Beynəlxalq Assosiasiya (IAI - International Association for Identification) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;
    Məhkəmə ekspertizası fəaliyyəti və kriminalistika sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq keçirilən məhkəmə ekspertizası ixtisası üzrə tam proqramı əhatə edən təlimlərin bitirməsini təsdiq edən sertifikatlar və ya digər sənədlər.
    Buz.Su 

    Mənbə: https://news.milli.az/country/1154834.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    29
    27
    29
    17
    28
    31
    22
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar