Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Separatçılar geri çəkildi, Bakının gündəmi isə dəyişmir - VİDEO Xəbərlər

0

  • Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilləri vasitəsilə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə qəbul edilməsinə razılaşıb.
    Buz.Su axar.az-a istinadən bildirir ki, bu, Ağdam yolundan Rusiya yükünün keçməsindən sonra irəliyə doğru növbəti addım hesab edilə bilər. Lakin açıq qalan sual var:
    - BQXK Laçın yolundan Ermənistandan gələn yükləri keçirəcək, bəs Ağdam-Xankəndi yolundan daşıyacağı yüklər Azərbaycan yükləri olacaqmı?
    Rəsmi məlumatlarda bu məsələ qeyd olunmur, hərçənd, Rusiyadan gələn yüklər sülhməramlılar tərəfindən aparılıb və əgər BQXK da təkcə rusların yükünü daşıyacaqsa, o zaman komitənin Ağdam-Xankəndi yolunda fəaliyyəti sual altına düşür. Bu baxımdan, beynəlxalq komitənin Ağdam-Xankəndi yolundan Azərbaycan yüklərini Xankəndiyə aparacağı fikrini irəli sürmək, yaxud qarşıdakı günlərdə bunun baş verəcəyini demək mümkündür.
    BQXK-nın hər iki yoldan yük daşınmasını həyata keçirməsinin əhəmiyyətli tərəfləri var:
    Birincisi, Ağdam-Xankəndi marşrutundan təkcə Rusiyanın keçidi Qərb dairələrinə bu yolun legitimliyinə şübhə etmək imkanı verirdi, indi BQXK-nın prosesə qoşulması Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir;
    İkincisi, BQXK Laçın yolundan daşımaları Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirəcək: sərhəd qaydalarına əməl ediləcək, gömrük rüsumu ödəniləcək - XİN-in açıqlamasında qaydalar yenidən vurğulanıb; bu, ilk növbədə Laçın yolu ilə bağlı iddiaları-planları sıradan çıxarır, eyni zamanda, növbəti mərhələdə Ağdam-Xankəndi yolunun daşımalarda daha səmərəli olacağı reallığı yaranacaq və əsas marşrut bu yol olacaq;
    Üçüncüsü, BQXK-nın Xankəndiyə Ağdamdan daxil olması bu təşkilatın İrəvandakı ofisinin Azərbaycan ərazisinə müdaxiləsini aradan qalxması perspektivini də önə çıxarır: komitənin Xankəndidəki nümayəndəliyi hələ də Ermənistandakı ofisə tabedir və bu, həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunlarına ziddir; gözləniləndir ki, komitənin Ağdam marşrutundan istifadəyə başlamasından sonra Xankəndidə nümayəndəliyin fəaliyyətinin Bakıdakı ofis tərəfindən yönləndirilməsi aktuallaşacaq; bu, erməni əhalisinin reinteqrasiyası prosesinin tərkib hissəsi olmalıdır.
    Separatçların geri çəkilməsi Bakını Xankəndi hədəfinə doğru daha da yaxınlaşdırır. Lakin bu geriçəkilmə separatçı qurumun ləğv edilməsi, erməni silahlı dəstələrin ərazimizdən çıxarılması və tərki-silah edilməsi gündəliyini dəyişdirmir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/russia/1144012.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaRusiya
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib34 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    140
    21
    34
    33
    13
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar