Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Paşinyan Makronun çətiri altında - Səmimiyyətin arxasındakı gizli plan... Xəbərlər

0

  • Bu gün Fransa Ermənistana yeni silah partiyası göndərəcək. Bu barədə Fransanın "Le Figaro" nəşri yazıb. Məlumatda bildirilir ki, Fransanın Ground Master (GM200) radarları və gecəgörmə cihazları Ermənistana gətiriləcək.
    Qeyd edim ki, bundan əvvəl Fransa Ermənistana "Bastion"lar vermişdi. Fransa  başı Rusiya ilə müharibəyə qarışan Ukraynanın belə bəyənmədiyi, Cənubi Qafqazda istifadə üçün nəzərdə tutulmayıb Afrika və Yaxın Şərqin iqlim şəraitinə uyğunlaşdıran "Bastion"ları əldən çıxarmaq üçün bir daşla iki quş vurmuşdu. Belə ki, Fransa həm yarasız texnikasını sırımışdı, həm də ermənilərin rəğbətini qazanmışdı.

    Bundan əlavə, Fransanın müdafiə naziri ilk dəfə Ermənistana getməyə hazırlaşır. Sebastien Lecornyu bildirib ki, o, tezliklə Ermənistana silah istehsalçılarından ibarət böyük nümayəndə heyəti ilə səfər edəcək. O qeyd edib ki, Fransa İrəvana kömək etmək və "müdafiə potensialını artırmaq" üçün "məsuliyyət daşıyır: "Ermənistan ciddi təhlükəsizlik problemləri, o cümlədən Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzədir".
    Bu gün şəxsi Feysbuk səhifəsində erməni dilində status yazıb Ermənistanı dəstəklədiyini ifadə edən Makron isə ötən gün Azərbaycana qarşı ittihamlar səsləndirib. Makron dünən Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Fransanın "Ermənistana, onun müstəqilliyinə, ərazi bütünlüyünə, demokratik proseslərinə və sülhə can atmasına dəstəyinə" bel bağlamaq olar:
    "Azərbaycanla sərhəddəki son insidentlər göstərir ki, eskalasiya təhlükəsi real olaraq qalır. Fevralın 12-dəki bu insident zamanı Azərğbaycan əsgərinin yaralanmasından Fransa təəssüfləndiyini bildirir. Lakin Azərbaycanın qeyri-proporsional cavabı və bunun nəticəsində Ermənistanın 4 hərbçisinin həlak olması, bir hərbçinin də yaralanması bizi təəssüfləndirir. Fransa ədalətli və stabil sülhə yönəlmiş bütün səyləri dəstəkləyəcək", - E.Makron söyləyib.

    Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev ilə Paşinyan arasındakı görüşdən kənar qalan Makron tələm-tələsik Paşinyan ilə görüşərək Ermənistanı tək qoymayacağını bildirərək azalmış nüfuzunu bərpa etməyə çalışıb. Makron isə öz növbəsində Paşinyanın "şəxsi cəsarətini və qətiyyətini" təqdir edib.
    Fransa prezidentinin Paşinyanın üzərinə çətir qaldırmaqla sübut etməyə çalışır ki, Ermənistan və onun baş naziri Fransanın təhlükəsizlik çətiri altındadır. Son proseslər göstərir ki, Ermənistan sülhə yönəlməkdənsə yeni təxribatlara hazırlıq görür. Onların silahlanmaya davam etməsi, Fransalı nazirin İrəvana getməsi, Makronun ittihamları bunu deməyə əsas verir. Ermənistan sülh istəyirsə bu kimi addımlardan çəkinməli, Cənubi Qafqazda sabitliyin təmin olunması üçün çalışmalıdır. Makron isə Paşinyanı "qızışdırmaqdansa" öz ölkəsindəki problemləri həll etsə daha yaxşı olar.
    İslam
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1185029.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    23
    33
    7
    14
    29
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar