Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bu proqram sayəsində cinayətkarların zəkasına daxil olacaqlar Xəbərlər

0

  • Avstraliyanın Edit Kouen Universitetinin psixoloqları cinayətkarların düşüncə tərzini və reaksiyalarını daha yaxşı başa düşmək üçün virtual reallıq (VR) proqramından istifadə ediblər.
    Buz.Su oxu.az-a istinadən bildirir ki, tədqiqat "Scientific Reports" (SciRep) elmi jurnalında dərc olunub.
    Məhkəmə psixologiyası layihəsi çərçivəsində 101 iştirakçı iki oxşar virtual ssenaridə oğurluq cinayətkarı rolunu oynayıb. Bundan sonra cinayətkar rolunu oynayan şəxslər VR mühitində saxta sorğu-sualdan keçməli olublar.
    "Tədqiqatımızda iştirakçıların virtual reallıqda cinayətkar rolunu yaşaya bildiyini aşkar etdik. Rəqəmsal mühit onlara saxta cinayət törətmək üçün motivasiya verdi, həmçinin onları VR sorğusu zamanı müstəntiqləri aldatmağa cəhd etməyə təşviq etdi", - elmi işin müəllifi, doktor Şeyn Rocers bildirib.
    Ekspertin fikrincə, VR texnologiyası hüquq-mühafizə sahəsində bir çox məqsədlə tətbiq edilə bilər. Məsələn, polis məmurları və ya müstəntiqlər bu yolla hadisənin baş verdiyi şəraiti və cinayətkarların real vəziyyətdə necə hərəkət etdiyini daha yaxşı başa düşmək üçün müxtəlif cinayətlərin ssenarilərini yenidən yarada və həyata keçirə bilərlər.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1177782.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    20
    11
    5
    8
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar