Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Paşinyan Qarabağla bağlı mövzunu qapadı - Putin Xəbərlər

0

  • Ermənistan Baş naziri Nikol Paşinyanın Praqada ötən il bəyanatından sonra Qarabağın statusunu əsaslı şəkildə dəyişdi, daha dəqiqi, Qarabağın statusunu müəyyən etdi.
    Buz.Su axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
    O bildirib ki, Paşinyanın bu bəyanatından sonra Qarabağ Azərbaycanın dəqiq ərazisi oldu:
    "O ki qaldı Qarabağ ərazisinin indi sizin dediyiniz kimi, faktiki olaraq Azərbaycanın ərazisi olmasına, bu, indi baş verməyib. Keçən il, məncə, noyabrda Baş nazir Paşinyan Praqada keçirilən görüşdə Qarabağın statusunu kökündən dəyişdirən, yəni Qarabağın statusunu müəyyən edən bəyanatla çıxış etdi. Ermənistan Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğunu tanıdı", - Kreml rəhbəri bildirib.
    Onun sözlərinə görə, əvvəlki illərdə bütün müzakirələr eyni məsələ - Qarabağın statusu ətrafında gedirdi:
    "Beləliklə, ötən il Praqada Ermənistan rəhbərliyi bu mövzunu qapadı və dedi: Qarabağ Azərbaycanın bir hissəsidir və hətta kvadrat kilometrin sayını da göstərdi və 1991-ci il sərhədlərinə - Sovet İttifaqında müəyyən edilmiş sərhədlərə istinad etdi. Vəssalam. Mövzu qapandı".
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1149745.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    19
    15
    37
    13
    7
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar