Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Qarabağ" - "Sabah" oyununda qalib müəyyənləşmədi Xəbərlər

0

  • Fevralın 11-də Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
    Buz.Su axar.az-a istinadən xəbər verir ki, günün ilk oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.
    Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş bol qollu heç-heçə ilə yekunlaşıb - 3:3.
    Hesabı 31-ci dəqiqədə meydan sahiblərinin heyətində penaltidən Marko Yankoviç açıb. "Tələbələr" 45+1-ci və 54-cü dəqiqələrdə İshak Belfodilin penaltiləri ilə tablodakı rəqəmləri öz xeyirlərinə dəyişiblər. 64-cü dəqiqədə Olavio Juninyo növbəti penalti ilə hesabı bərabərləşdirib. Tellur Mütəllimov 90+5-ci dəqiqədə baxımlı qolla komandasını önə keçirsə də, iki dəqiqə sonra Yassin Benzia matçın yekun nəticəsini müəyyənləşdirib.
    Bu nəticələrdən sonra xallarını 51-ə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Sabah" isə 27 xalla beşinci pillədə qərarlaşıb.
    Qeyd edək ki, turun digər görüşləri fevralın 12-13-də keçiriləcək.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1182296.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib17 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    19
    15
    21
    16
    28
    3
    25
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar