Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Payızın ən "bahalı" rəngi müəyyənləşdi - FOTOlar Xəbərlər

0

  • Qəhvəyi rəng özünü qaraya ciddi rəqib kimi elan etdikdən sonra dünyada minlərlə modapərəst bununla razılaşdı və ölməz qaranı qəhvəyi ilə əvəz etməyə başladı.
    Buz.Su publika.az-a istinadən xəbər verir ki, bu mövsüm qəhvəyi öz mövqeyini daha da gücləndirib. Bu gün payız-qış kolleksiyalarına konyak tonlarından qəhvə çalarlarına müxtəlif geyimlərin daxil olmadığı bir marka tapmaq çətindir. Tünd şokolad tonları isə hələ də qəhvəyinin ən dəbli çalarları olaraq qalır. Ona görə ki, şokolad rəngi həm universaldır, həm hər kəsə yaraşır, həm digər rənglərlə asanlıqla birləşir, həm də həmişə nəcib və bahalı görünür.
    Bəs bu dəbli rəngi qarderobunuza necə uyğunlaşdıra bilərik?
    Brendlərin çeşidində onlarla tünd qəhvəyi geyimlər tapmaq olar. Odur ki, ilk növbədə "Hazırda qarderobunuzda nə yoxdur" sualı üzərində düşünməyi təklif edirik. Gözəl üst geyim axtarırsınızsa, yun palto və ya şokolad rəngli aviator dublyonkaları yoxlayın. Onlar istənilən obrazı mükəmməl şəkildə tamamlayacaq və soyuqda donmağa imkan verməyəcəklər. Başqa bir çox yönlü seçim trikotajdır. Həcmli sviter, maksi paltar və ya merinos yundan tikilmiş vodolozka - zövqünüzə uyğun istənilən variantı seçin. Qəhvəyi rəngi ayaqqabı və aksesuarların köməyi ilə də qarderobunuza daxil edə bilərsiniz: dəbli çəkmələr, minimalist çanta və ya çox sadə bir kəmər. Əgər bütün bu variantlardan birini seçə bilmirsinizsə, bütünlüklə tünd şokolad tonlarına bürünə bilərsiniz.
    Axtarışınıza aşağıdakı nümunələrdən ilham alaraq başlamağı tövsiyə edirik.
    Buz.Su

    Mənbə: https://news.milli.az/interest/1155743.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    12
    18
    21
    32
    32
    4
    26
    25
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar