Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Pazl tamamlandı - Son hissə də yerinə oturdu... Xəbərlər

0

  • 44 günlük müharibədən sonra çoxlarının yarımçıq qaldığını düşündüyü proseslər tamamlandı. Sosial şəbəkələrdə yazılan "Bəs Xankəndi, Xocalı, Xocavənd?" sualları cavabını tapdı. Artıq Azərbaycan pazlının son parçası da yerinə oturdu. Bu gün Xocalıda, Ağdərədə, Xocavənddə bayrağımız dalğalanır, Xankəndində polisimiz hərəkət edir, FHN yanğınsöndürmə işləri həyata keçirir. 
    Səhər saatlarında Qarabağdakı qondarma rejim özlərini buraxdıqlarını elan edib. Separatçıların rəhbəri Samvel Şahramanyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb. Həmçinin, keçmiş qondarma rejimin "xarici işlər naziri" Davit Babayan məlumat yayaraq Azərbaycana təslim olacağını açıqlayıb. Bundan başqa, gün ərzində Ruben Vardanyanın DTX tərəfindən əli qandallı görüntüləri yayılıb. Ona verilən ilkin həbs cəzası da bəlli olub.

    Proseslərin bu istiqamətdə irəliləməsi Bakının xeyrinədir. Belə ki, bugün separatçıların özünü buraxdığını elan etməsi onların gələcək iddiaları qarşısında qoyula biləcək fakta çevrilir. Heç kim zəmanət verə bilməz ki, onlar yenə qondarma "artsax" kimi iddialarla çıxış etməyəcək. Ən azından erməni xisləti hər bir azərbaycanlıya məlumdur. Belə halın yaşanacağı halda Bakının nə cavab verəcəyi aydın məsələdir.
    Onların ehtimal edilən iddialarından digəri isə Qarabağlı ermənilərin torpaqlarımızı tərk etməsi ilə bağlıdır. Bu gün onların təqdim etdiyi rəqəmlərin şişirdilməsi bunu deməyə əsas verir. Görünür onların mübaliğəli rəqəmləri təqdim etməkdə niyyəti "Qarabağda 120 min erməni yaşayır" yalanını "sübut" etməkdir.

    Artıq Qarabağın erməni sakinlərinin qeydiyyat prosesi başlayıb. Azərbaycan Respublikası Prezident Adminstrasiyasından verilən məlumata görə reinteqrasiya üçün portal yaradılıb, müraciətlər üçün əlaqə telefonları təqdim edilib. Rəsmi Bakı həmin şəxslərə müraciət edərək bildirib ki, Qarabağda qalıb, pasportumuzu daşıyacaq şəxslərin daha yaxşı yaşayışı üçün hərcür şərait yaradılacaq.
    Bugünkü gündə 200 illik erməni layihəsi darmadağın olub, ərazi bütövlüyümüz tam təmin olunub. Şəhidlərimizin qanı, canı bahasına əldə olunan bu zəfər yeni tarixin başlanğıcı, tarixi nailiyyətimiz olan Qondarma "Dağlıq qarabağ Respublikası"nın ləğvi uğurlu diplomatik siyasətin nəticəsidir.
    Bəxtiyar Umarlı
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1146332.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    24
    23
    24
    41
    34
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar