Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Rusiyada prezident seçkilərində 4 namizəd mübarizə aparacaq Xəbərlər

0

  • Rusiya prezidenti vəzifəsi uğrunda dörd namizəd mübarizə aparacaq.
    Buz.Su APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.
    MSK-nın bu gün keçirilən iclasında çıxış edən sədr martın-15-dən 17-dək keçiriləcək Rusiya Federasiyası Prezidenti seçkilərində seçki bülletenlərində dörd namizədin adının olacağını söyləyib.
    Bunlar Rusiya MSK tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi təsdiqlənmiş hazırkı prezident Vladimir Putin, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski, Kommunist Partiyasından Nikolay Xaritonov və "Yeni insanlar" partiyasından Vladislav Davankovdur.



    Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası müxalif "Vətəndaş Təşəbbüsü" partiyasından Boris Nadejdini və "Rusiya Kommunistləri"nin namizədi Aleksey Malenkoviçi prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib. Buna onları dəstəkləmək üçün toplanılan imzaların 10 faizdən çoxunun etibarsız olması səbəb olub. Nadejdin MSK-nın müvafiq qərarı ilə bağlı Ali Məhkəməyə müraciət edəcəyini açıqlayıb.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/russia/1181498.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaRusiya
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    34
    11
    32
    15
    40
    22
    32
    16
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar