Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Portuqaliyada könlünə nar şirəsi düşən azərbaycanlının başına iş gəldi - VİDEO Xəbərlər

0

  • Portuqaliyanın paytaxtı Lissabonda bir azərbaycanlının nar şirəsi sifariş etməsi onun polis tərəfindən saxlanılmasına səbəb olub.
    Buz.Su qafqazinfo-ya istinadən xəbər verir ki, 36 yaşlı rusdilli azərbaycanlı Lissabonda restoranlardan birində nar şirəsi sifariş etmək istəyib. 
    Bildirilir ki, o, rus dilində olan "гранат" (nar) sözünü telefonunda tərcümə proqramı vasitəsilə Portuqaliya dilinə tərcümə edib. Proqram isə bu sözü portuqal dilinə qumbara olaraq çevirib. Həmyerlimiz daha sonradan proqramın tərcümə etdiyi sözdən istifadə edərək telefonunda portuqalca "Mən nar şirəsi istəyirəm" yazmağa çalışaraq ofisianta göstərib. Turist yazdığı cümləni restoran işçisinə göstərdiksə isə o bunu təhdid olaraq başa düşüb və müştərinin üzərində qumbara olduğunu düşünüb. Nəticədə restorana polis çağırılıb və azərbaycanlı turist saxlanılıb.  
    O, dindirilmək üçün yaxınlıqdakı polis bölməsinə aparılıb, məsələ aydınlaşdırıldıqdan sonra isə sərbəst buraxılıb. Adı açıqlanmayan azərbaycanlının hoteldəki otağında axtarış aparıldığı da bildirilir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1154808.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    21
    25
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar