Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qadın keçmiş ərindən olan üç uşağını satdı Xəbərlər

0

  • Qırğızıstanda kişi uşaqları ilə görüşmək istəsə də, keçmiş arvadı uşaqları ona göstərməkdən imtina edib.
    Buz.Su musavat.com-a istinadən bildirir ki, bir müddət sonra hüquq-mühafizə orqanları bunun səbəbini müəyyən ediblər: heç demə, qadın bütün uşaqları satıbmış.
    Çuy vilayətinin polis idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, satılmış uşaqların atası, Sokuluk kənd sakini polisə müraciət edib.
    Kişinin 22 yaşlı keçmiş həyat yoldaşı ona uşaqlarını göstərmədiyi barədə şikayətindən sonra təhqiqat aparan müstəntiqlər müəyyən ediblər ki, gənc qadın 2021-ci il martın 7-də qız uşağı dünyaya gətirib və onu Moskvadan olan qadına satıb. Bir il sonra qadın bir oğlan doğub, onu da satıb. Sonrakı il doğulan qız uşağı da satlığa çıxarılıb və alıcısı tapılıb.
    Faktla bağlı polis Qırğızıstan Cinayət Məcəlləsinin 167-ci ("Uşaq alveri") maddəsi ilə cinayət işi açıb.



    Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi həbs edib.
    Polis əlavə edib ki, insan alverinə məruz qalan uşaqların hamısı tapılıb.
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1145543.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    28
    21
    29
    18
    16
    13
    30
    13
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar