Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qadınlar kişilərdən daha vəfasızmış – Alimlər deyir Xəbərlər

0

  • Bir çox insan həyatındakı şəxslə uzun və sağlam münasibət qurmaq istəyir. Ancaq araşdırmalara görə, qadınlar kişilərdən daha tez sevgilərini itirirlər.
    Buz.Su lent.az-a istinadən bildirir ki, "Journal of Psychological Science" elmi jurnalında dərc olunan araşdırmada iştirakçılardan 10 gün ərzində yarım saatlıq fasilələrlə münasibətləri ilə bağlı hiss və düşüncələrini qeyd etmələri istənilib.
    Bundan sonra iştirakçılar münasibətlərlə bağlı sualları əhatə edən sorğunu tamamlayıblar. Tədqiqat nəticələrinə görə, uzunmüddətli əlaqələrdə olan qadınlar, yeni münasibətlərdə olanlara nisbətən partnyorları ilə vaxt keçirərkən təxminən yüzdə 60 daha az sevgi hiss edirlər. Kişilərin sevgi hissləri zamanla cəmi 0,4 faiz azalır.
    Qadınlar zamanla sevgilərini itirirlər
    Digər tərəfdən, partnyorlarına əvvəldən "çox aşiq" olduqlarını söyləyən qadınların zamanla bu hissi itirmə nisbətinin yüzdə 80 olduğu təyin olunub. Kişilər üçün bu azalma təxminən 30 faizdir. Araşdırmada münasibətlərini quran qadınların daha çox ev işlərinə və yemək bişirməyə, kişilərin isə istirahətə və yatmağa daha çox vaxt ayırdıqları müşahidə edilib.
    Araşdırmanın aparıcı müəllifi Saurabh Bhargava qadınların daha çox uşaqlara baxdığına diqqət çəkərək bunun da nəticələrdə mühüm rol oynadığını bildirib. Alim qadınların partnyorlarına duyduqları sevginin bir hissəsini zamanla uşaqlarına yönəltdiyinə də diqqət çəkib. Bundan əlavə, araşdırmada ən az 8 saat ayrı qalan cütlərin yenidən bir araya gəldikdə hiss etdikləri sevginin artdığı da müəyyən edilib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/interest/1182369.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    22
    34
    28
    18
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar