Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“The Finacial Times” 2024-cü illə bağlı proqnozlarını açıqladı Xəbərlər

0

  • "The Finacial Times"ın redaksiyası 2024-cü il üçün öz proqnozlarını tərtib edib.
    Buz.Su report.az-a istinadən xəbər verir ki, nəşr Donald Trampın ABŞ prezidenti olmayacağını, Ursula fon der Lyayenin isə əksinə, yenidən Avropa Komissiyasının rəhbəri seçiləcəyini, İlon Maskın "X" sosial şəbəkəsinin müflis olacağını, Qərbin Ukraynanı maliyyələşdirməyə davam edəcəyini, İsraillə HƏMAS arasındakı müharibənin isə genişmiqyaslı regional münaqişəyə çevrilməyəcəyini proqnozlaşdırır.
    FT-nin proqnozuna görə, Donald Tramp, birincisi, Cozef Baydenə qarşı ABŞ prezident seçkiləri tarixində ən çirkli kampaniyanı aparacaq, ikincisi, o, hər bir halda uduzacaq, çünki seçkidən əvvəl dörd məhkəmə prosesindən ən azı birində cinayətkarlıqda təqsirli bilinəcək.
    İsraillə HƏMAS radikal qruplaşması arasındakı müharibə, nəşrin redaktorlarının fikrincə, genişmiqyaslı regional münaqişə ilə nəticələnməyəcək, çünki bunu nə ABŞ, nə də İran istəyir.
    Nəşrin proqnozuna görə, İlon Maskın "X" sosial şəbəkəsi iflas etməlidir. Burada proqnozçular "X"-in reklam cəbhəsində çökəcəyini və yeni gəlir mənbələri cəlb etmək cəhdlərinin uğursuzluğa düçar olacağını nəzərə alıblar. Buna əsaslanaraq, Maskın şirkəti müflis elan edəcəyi güman edilir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1173215.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    33
    34
    17
    28
    36
    17
    18
    23
    33
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar