Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Qarabağ” Avropada sürpriz etmək istəyir” Xəbərlər

0

  • "Qarabağ" Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Bayer"lə 2:2 hesablı heç-heçə edib.
    Buz.Su qafqazinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl matçdan sonra açıqlama verib:
    "70-ci dəqiqəyə qədər "Bayer"lə oyunda öndə olmaq... "Qarabağ" Avropada tarixi rekordu qırır. Qarşımızda Avropanın ən güclü klubu var idi. Son dəqiqələrdə qol olmasaydı, bu gün tarix yaşayacaqdıq. Amma mən yenə də Qurban Qurbanova, canlarını qoyan futbolçularıma, möhtəşəm azarkeşlərə və xalqıma təşəkkür edirəm. Həyatımın ən çətin anlarından biri "İnter"lə oyun idi. Həmin matçdan sonra cənab Prezident dedi ki, mən sizi qalib hesab edirəm. Bu qalib ruh buraya gəldi. Çox xoşbəxtəm ki, ölkəmizi qürurlandırdıq. Artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır. Biz buna layiqik. Bizim içimizdəki bu alovu heç kim söndürə bilməz. Davam edəcəyik. UEFA-da çıxış edərkən demişdim ki, "Qarabağ" Avropada sürpriz etmək istəyir. Bizim arzumuz budur. Hesab edirəm ki, bu gün bu sürprizi bacardıq. Tam istədiyimiz alımmasa da, hər iki komandanı təbrik edirəm, möhtəşəm oyun oldu".
    Tahir bəy cavab görüşü haqda da fikirlərini bildirib:



    "Paltardəyişmə otağında futbolçularla görüşdüm. Onların ürəklərindəki alovu, inamı gördüm. Almaniyaya möhtəşəm klub gedir. Əlbəttə, bu, futboldur. Nəticəni biz bilmirik. Sizə bir şey deyim, oraya çox əzmkar "Qarabağ" gedəcək. Bundan heç kəsin şübhəsi olmasın. Almaniyada yaşayan hər kəsi səfər oyununda stadionda gözləyirik".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1188517.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    29
    32
    6
    12
    38
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar