Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” – Xabi Alonsonun CAVABI Xəbərlər

0

  • "Yaxşı istirahət etmişik. Əlimizdən gələni edib azarkeşlərimiz qarşısında baxımlı oyun sərgiləmək istəyirik".
    Buz.Su savash.org-a istinadən xəbər verir ki, bu sözləri "Bayer"in (Almaniya) baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 finalının "Qarabağ"la cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
    İspaniyalı mütəxəssis Ağdam klubu ilə oyunun çətin keçəcəyini bildirib: "Qarabağ"la oyun asan olmayacaq. Növbəti aylarda bizi sıx qrafik gözləyir. 3 turnirdə mübarizə aparacağıq. Amma heyətimiz yaxşıdır və bütün oyunçularımız hazırdır. Ümid edirəm ki, sabah biz qalib gələcəyik".
    Alonso qrup mərhələsindəki oyunlarda "Qarabağ"a qalib gəldiklərini də xatırladıb: "Bu rəqiblə qrup mərhələsindəki iki oyun keçirmişik və hər ikisində qalib gəlmişdik. Son matçın ilk hissəsində problemlərimiz oldu. Bu, qrup mərhələsi deyil. Əlbəttə, onlar da mübarizə aparacaqlar. Biz sabahkı matça yaxşı köklənməliyik. Rəqibdən qorxmuram, hörmət edirəm. Öz dinamikamıza inanırıq. . Bütün komanda oynamaq üçün həvəslidir. Oyunçuların istəyi məni sevindirir".



    Alonso "Sabah "Qarabağ" turu keçsə, Qurban Qurbanovu təbrik etməyə hazırsınızmı" sualını gülümsəyərək cavablandırıb: "Bu futboldur, ​​hər şeyə hazır olmalısan. Ən güclü qalib gəlməlidir. Biz də qələbə qazanmaq istəyirik".

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1189859.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    18
    14
    28
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar