Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Beynəlxalq müsabiqələr laureatlarının "Kamera musiqisi axşamı" adlı konserti keçirilib - FOTOlar Xəbərlər

0

  • Aprelin 23-də beynəlxalq müsabiqələr laureatları, pianoçu Züleyxa Usubova və bəstəkar, skripka ifaçısı Üzeyir Məmmədovun Kamera və orqan musiqi zalında "Kamera musiqisi axşamı" adlı konserti keçirilib.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri ifa edilib.
    Frans Şubertin "Sonata №1 D maj. D 384", Qara Qarayevin violin və fortepiano üçün "Sonata (d moll)" Lüdviq van Bethovenin "Violin Sonata No.5 in F major Op.24 'Spring'" əsərlərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
    Pianoçu Züleyxa Usubova respublika və beynəlxalq müsabiqələr laureatıdır. Dəfələrlə simfonik və kamera orkestrləri ilə çıxış edib. Z.Usubova IX və X Beynəlxalq Qəbələ Musiqi Festivalının, I Beynəlxalq Pianoçular Festivalının iştirakçısı olub.
    Üzeyir Məmmədov Bakı Musiqi Akademiyasının Bəstəkarlıq ixtisasını bitirsə də, həyatını skripkasız təsəvvür etmir. Bir çox beynəlxalq müsabəqənin laureatı olan Ü.Məmmədov 2021-ci ildə keçirilmiş "Vətən Müharibəsindəki Şanlı Qələbəmizə həsr olunmuş Bəstəkarlıq Müsabiqəsi"ndə böyük simfonik orkestr üçün yazılmış "Qəhramanlıq Dastanı" adlı əsəri ilə iştirak edib və fəxri fərmanla təltif olunub. 2023-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının təqdimatı ilə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" mükafatına layiq görülüb.



    Anşlaqla keçən konsertin yenidən təşkil edilməsi üçün ifaçılara çoxsaylı müraciətlər olduğundan mayın 17-də həmin məkanda növbəti konsertin keçirilməsi qərarlaşdırılıb. Konsertdə Üzeyir Məmmədovun bəstələdiyi əsərlər səsləndiriləcək.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/culture/1199255.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaMədəniyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 həft. öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    6
    23
    15
    14
    25
    10
    23
    27
    11
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar