Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qazın limitində dəyişiklik edilə bilər - Necə olacaq? Xəbərlər

0

  • Payız-qış mövsümünün başlanması ilə qaza olan təlabat da artmağa başlayıb. Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib. Artıq bir neçə gündür sosial şəbəkədə qaza tətbiq edilən limitin artırılacağı ilə bağlı məlumtlar paylaşılır.
    Buz.Su xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, qaza tətbiq edilən limitin miqdarında dəyişiklik edilə bilər.
    "İndiki vəziyyətdə reallıq budur ki, qaz limitinin götürülməsi mümkün görünmür. Bu gün belə bir qərar verilməsi gözlənilən deyil. Amma bununla bağlı hər hansısa bir təşəbbüs olarsa, o zaman, böyük ehtimalla, qiymətlərdə artım olacaq. Bütün hallarda satılan müəyyən həcmdə qazdan müəyyən bir vəsait yığmaq planı var. Bu plan hansısa formada doldurulmalıdır. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir", - deyə ekspert bildirib.
    Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 61%), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7%) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3%) qazdan istifadə edib.

    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1149351.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    22
    13
    15
    27
    4
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar