Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İlham Əliyev Şahbaz Şərifi təbrik edib Xəbərlər

0

  • Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.
    Buz.Su AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
    "Hörmətli cənab Baş nazir,
    Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
    Qardaş ölkə və etibarlı tərəfdaşımız olan Pakistanla münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi məmnunluq doğurur. Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq edirlər. Pakistanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hər zaman verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.
    Biz bundan sonra da Azərbaycan ilə Pakistan arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindəyik. Siyasi dialoqumuzu davam etdirmək, ikitərəfli əməkdaşlığımızın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm.
    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistanın və xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

    Buz.Su 

    Mənbə: https://news.milli.az/politics/1187590.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    34
    1
    33
    20
    18
    35
    243
    26
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar