Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qərb Paşinyanı oyun vasitəsinə çevirdi Xəbərlər

0


  • İki əsr əvvəl yaradılan və Cənubi Qafqazı total nəzarətdə saxlamaq məqsədi güdən "qədim erməni əraziləri" idefiksini Azərbaycan ordusu məhv edəndən sonra indi yeni ideya ortaya atılır.


    Xankəndində intihar etmiş separatçı rejimin sabiq "rəhbər"i Samvel Şahramanyan indi Ermənistanda yeni siyasi elita formalaşdırmaq tapşırığı verilmiş fiqurlar arasındadır.
    Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ənənəvi müxalifətinin ona qarşı kəskin antipatik mövqelərdə durduğunu, Rusiya Federasiyasının ölkədəki təsir imkanlarının zəifləmədiyini və Qərbin də prosesləri sürətləndirmək istəyini anlayır.
    Rusiyanın XİN başçısı Sergey Lavrov birbaşa olmasa da, diplomatik ifadələrdən yararlanaraq N.Paşinyanın Qərbə meyllənməsindən və rəsmi İrəvanın aşkar anti-Rusiya siyasəti yürütməsindən dərin narahatlığını dəfələrlə bəyan edib.
    Ermənistanın bölgədə Qərbin təsir rıçaqına çevrilmək arzusu Moskvanı qayğılandırdığından N.Paşinyan administrasiyası və ümumiyyətlə, ermənilərin hakim komandası Moskva üçün arzuolunmaz siyasi kontingentə çevrilib.
    Cənubi Qafqazı ən önəmoli geosiyasi maraq məkanlarından biri sayan Rusiya heç bir halda regionu tərk etmək fikrində deyil və belə niyyətdə də olmayıb.
    Fransanın regional liderlik etməyə çalışdığı Qərb hazırda bütün vasitələri işə salaraq Ermənistanı total nəzarətə almaq fikrindədir. İlk baxışdan pis ssenari deyil: Qərb, daha konkret olsaq, Avropa İttifaqı ermənilər üçün mədəni, texniki, siyasi və s. sahələrdə inkişaf ola bilər. Hətta rəsmi İrəvan müvafiq sahələrdə islahatlar apararsa, Konstituasiyasına və qanunlarına zəruri dəyişikliklər edərsə, Avropa İttifaqına üzvlüyə namizəd də sayıla bilər.
    Nikol Paşinyan hakimiyyəti məhz bunu erməni cəmiyyətinə söyləyir və erməniləri Qərblə inteqrasiyaya hazırlamaq istəyir.
    İrəvandakı siyasi elitalarda rasionallıq və praqmatizm çox aşağı səviyyədə olsa da, onlar ölkənin normal inkişafı ilə yaşamının məhz Qərbə meylli strategiya əsasında təmin edilə biləcəyini düşünürlər.
    Lakin, həmişə olduğu kimi, Ermənistanın rəhbərliyi ilə sosiumu xəyallarla gerçəyi səhv salırlar.
    Qərb üçün bölgədə ən maraqlı və tərəfdaş kimi mənfəətli ölkə Ermənistan, yaxud Gürcüstan yox, məhz Azərbaycandır.
    Azərbaycanın strategiyası sadə, anlaşılan və təxminlənəndir: məhz Qərb ölkəmiz üçün geosiyasi və geostrateji təhlükəsizlik məkanı olduğundan, rəsmi Bakı pan-Avropa strukturları ilə işbirliyinə xüsusi önəm verir.
    Avropa İttifaqı Siyasi Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanla aparılan danışıqlar Bakının geosiyasi doktrinasının qayəsi yox, sadəcə, kiçik parçasıdır: ölkəmiz Qərblə yanaşı, Şərqlə də əməkdaşlığa və xüsusilə də tərəfdaşlığa əlahiddə önəm verir.
    Uinston Çörçilin təbirincə desək, Bakı bütün kartofları bir zənbilə yığmaq fikrində olmayaraq, iqtisadiyyatda olduğu kimi, xarici siyasətdə də çoxistiqamətli və fərqli yönlərdə addımlar atır.
    Çünki Azərbaycan diplomatiyasının bazisini balanslaşdırılmış siyasət yox, ölkənin mənafeyinin və cəmiyyətin maraqlarının nəzərə alındığı strategiya təşkil edir.
    Ermənistanda vəziyyət tam fərqlidir.
    Rusiya, İran və Avropa İttifaqı arasında vurnuxan Nikol Paşinyan bütün tərəflərdən imtiyazlarla siyasi gəlirlər əldə etməyə, eyni zamanda tərəflərdən heç birinə verilən vədlərin tam yerinə yetirilməsi əminliyi yaratmamağa çalışır.
    İrəvandakı siyasi elitalar hiss edirlər ki, onlar birmənalı olaraq Qərbin təlimatlarını yerinə yetirərək Rusiya ilə əlaqələrin əksəriyyətini kəssələr, devriləcək və hakimiyyətdən kənarlaşdırılacaqlar.
    Eyni zamanda, Rusiya ilə münasibətlərdə indiki vəziyyətin dəyişməz saxlanılması İrəvanı Qərbin dəstəyindən məhrum edərək erməniləri Moskva və Tehranla üzbəüz qoya bilər.
    Ermənilərsə Rusiya və İranı etibarlı tərəfdaş, dayanıqlı müttəfiq hesab etmirlər, bunu açıq şəkildə deyirlər.
    Nikol Paşinyan çoxsaylı bəyanatlarında Rusiyaya qarşı yönəlmiş narrativləri səsləndirsə də, zahirən anti-Rusiya mövqeli hökumət başçısı kimi özünü tanıtdırmağa çalışsa da, Ermənistanın real siyasəti sözlərdən fərqlidir.
    Moskvaya ünvanlanmış hədələə və hətta ultimatumlara rəğmən, Ermənistan Rusiyanın tam kontrolundakı təşkilatlarla birliklərin heç birini tərk etməyib.
    Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının çıxarılması ehtimalını istisna etməyən erməni hakimiyyət funksionerləri əslində bilirlər ki, bu, yaxın perspektivdə mümkünləşəcək məsələ deyil.
    Ermənistanın iqtisadi, maliyyə, sənaye, ticari, bankinq və s. sahələrdə Rusiyadan asılılığını da unutmayaq.
    Fransa prezidenti Emmanuel Makron, habelə Şarl Mişel tələsirlər, Ermənistanı Rusiyanın geosiyasi məngənəsindən çıxarmağa çalışırlar.
    Onların fikrincə, İrəvana bol vədlərin verilməsi, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra ylanız qalıqları olan Ermənistan ordusunun sürətlə silahlandırılması, bir sıra pan-Avropa və beynəlxalq təşkilatlarda ermənilərin total dəstəklənməsi gözlənilən nəticəni yaxınlaşdıra bilər.
    Amma Makron-Mişel duetinin strateji səhvi məhz budur: geosiyasi düyün formatını almış problemlər belə süvari hücumla çözülə bilməz.
    Tam əksinə, Parislə Brüsselin qarşılaşdığı vəziyyət gözləntilərlə diametral fərq təşkil edir.
    Qərbin Ermənistana təzyiqləri artdıqca, Avropa İttifaqı bölgədə formalaşmış yeni reallıqları dəyişməyə can atdıqca Qərb irəliləmək əvəzinə, geriləyəcək.
    Bunun bariz misallarından biri Xankəndindəki sabiq xuntanın keçmiş "rəhbər"i Samvel Şahramanyandır.
    Nikol Paşinyan bu marionetdən indi vasitə kimi istifadə edərək qarabağlı ermənilərlə bağlı süni, heç bir əsası olmayan "məsələ"ləri gündəmdə saxlamaq istəyir. Onun məqsədi Azərbaycanı tərk edərək Ermənistana getmiş qarabağlı ermənilərdən amil qismində yararlanaraq Qərbdən yardımlar və ödənişlər formasında mümkün qədər çox vəsait əldə etmək, eyni zamanda qarabağlı ermənilərin ənənəvi erməni müxalifət düşərgəsində inikas olmasına yol verməməkdir.
    Ancaq Paşinyan fərqində deyil ki, kimlərisə marionet qismində ortaya atırsa, onun özündən oyun vasitəsi kimi istifadə edirlər.
    Elçin Alıoğlu
    TREND

    Mənbə: https://news.milli.az/politics/1155173.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    26
    12
    12
    30
    3
    30
    10
    20
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar