Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Məmur virtual “anime” kuklası ilə evləndi - FOTOlar Xəbərlər

0

  • Yaponiyada 40 yaşlı məmur Akihiko Kondo virtual "anime" ifaçısı olan kukla ilə evlənib. 
    Buz.Su lent.az-a istinadən bildirir ki, məmurun valideynləri toy mərasiminə gəlməkdən imtina edib. 
    Toy mərasimi 40 nəfərlik qonaqla baş tutub. Məmur bəyin sözlərinə görə, o, "fiktoseksual" münasibətlərin tərəfdarıdır. Yəni yalançı personajlara qarşı seksual və ya romantik cazibə hiss edir.
    Akihiko hətta fiktoseksuallığı anlamaq üçün "FictoSexual" assosiasiyasını qurub. Ancaq hazırda qurumun yalnız dörd üzvü var. Bununla belə, o, bu ilin sonuna qədər böyük bir tədbir keçirmək niyyətindədir.
    "Cəmiyyət bu problemi yaxşı başa düşmür. Fiktoseksual insanlar çox vaxt tənqidlərdən qorxurlar və onlar hissləri barədə dürüst olmur. Düşünürəm ki, danışmaq onlara düşündüklərini öyrənməyə kömək edə bilər. Ümid edirəm ki, gələcəkdə saxta personajlara qarşı seksual hissləri olan insanlar tənqid olunmayacaq və toylarını rahatlıqla istədikləri yerdə qeyd edəcək",- deyə Kondo bildirib. 



    Qeyd edək ki, Akihikonun evləndiyi kuklanın özü əvvəllər Lady Gaga ilə qastrol səfərində olmuş virtual pop müğənnisi Hatsune Miku obrazıdır.
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1145058.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib39 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    29
    28
    30
    12
    17
    29
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar