Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Nə qədər ərazi minalardan təmizlənib? - RƏSMİ AÇIQLAMA Xəbərlər

0

  • Bu günə qədər 98 min ha-dan artıq ərazi minalardan təmizlənib.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, bu fikirləri ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov jurnalistlərə açıqlamasında deyib.
    O bildirib ki, burada on minlərlə tank əleyhinə minalar aşkarlanıb.
    "Onlar arasında partlamamış sursatlar, piyada əleyhinə minalar var. Aşkarlanan minaların çoxu plastik tank əleyhinə minalardır. Onların tərkibində metal tərkibi az olduğu üçün onların aşkarlanması çətinləşir. Minaların çoxu ermənilərin istehsalı olan minalardır. Onlar Rusiya istehsalı olan minaların bənzərini yaratmağa çalışıblar. Bütün bunlara baxmayaraq, işlər davam etdirilir".
    Xatırladaq ki, bu gün "Şəhərsalma Həftəsi 2023" çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.
    Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.
    Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.
    Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi" mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.

    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1146980.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    15
    6
    23
    41
    34
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar