Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Nazir: Ermənistanın təxribatları sülh danışıqlarını xoş məramla aparmadığını nümayiş etdirdi Xəbərlər

0

  • Ermənistanın Azərbaycan ərazisini işğal etməsi nəticəsində yaradılmış qondarma rejimin qurama "prezident seçkiləri" bəhanəsi ilə qanunsuz fəaliyyəti növbəti son dərəcə təxribatçı xarakterli addım idi. Ermənistan bu addımları ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi əvvəlki bəyanatlarını mahiyyətcə heçə endirmək məqsədi güddüyünü açıq şəkildə ortaya qoydu. Bu, Ermənistanın sülh müqaviləsi üzrə danışıqları xoşməramla aparmadığını nümayiş etdirdi.
    Buz.Su AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.
    Nazir bildirib ki, Ermənistanın məqsədyönlü şəkildə sülh səylərini pozmaq cəhdləri, Azərbaycana qarşı qondarma "blokada" və "humanitar böhran" kimi uydurma ittihamlar əsasında bütün dünyada aparılan qarayaxma kampaniyası ilə eyni zamanda baş verirdi. 2023-cü il sentyabrın 18-də Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin ehtiyaclarını ödəmək üçün humanitar yüklərin çatdırılması məqsədilə bir neçə marşrutdan istifadə etməklə bağlı təklifinin həyata keçirilməsi ilə Ermənistanın qarayaxma kampaniyası mahiyyət etibarilə iflasa uğradı.
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1144879.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    21
    14
    19
    22
    14
    24
    28
    6
    26
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar