Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Şahramanyan bu tarixə qədər Qarabağda qala bilər - Bəs sonra? Xəbərlər

0


  • Bu sualın cavabı hələki bəlli deyil


    Buz.Su bildirir ki, bu sözləri politoloq Asif Nərimanlı proses başa çatandan sonra Şahramanyanın Qarabağı tərk etməsi ilə bağlı deyib.
    O bildirib ki, təhvil-təslim prosesi başa çatana qədər - 1 yanvar 2024-cü il - Samvelin "xidməti"ndən yararlanmaq mümkündür:
    "Qarabağda keçmiş separatçı rejimin "başçısı" Samvel Şahramanyan bir qrup şəxslə birlikdə Xankəndində olduğunu, ölən və itkin düşənlərin tapılması prosesi başa çatana qədər şəhərdə qalacağını açıqlayıb.
    Proses başa çatandan sonra Şahramanyan Qarabağı tərk edə biləcək?
    Bu sualın cavabı hələki bəlli deyil. Təhvil-təslim prosesi başa çatana qədər - 1 yanvar 2024-cü il - Samvelin "xidməti"ndən yararlanmaq mümkündür. İstisna deyil ki, Rusiya tərəfi ona Qarabağı tərk edə biləcəyinə dair vədlər verib. Digər tərəfdən, Samvelin hazırda edə biləcəyi yeganə iş Bakının təqdim etdiyi proqram üzrə hərəkət etmək, öz qalıqlarını özü toplamaqdır. Əks təqdirdə, Qarabağdan çıxdığı yerdə həbs oluna bilər. Və bəlkə də o bütün bu "xidməti"nin qarşılığında bağışlanmağı, çıxmağına şəraitin yaradılmasını gözləyir.
    Hərçənd, Şahramanyan qondarma rejimin qanunsuz "seçkiləri"nə qatılmaq və "başçı" seçilməklə Azərbaycan qanunlarını pozub və buna görə məsuliyyətə cəlb edilməlidir. Ümumiyyətlə, qondarma rejimə "rəhbərlik" etmiş bütün şəxslərin qanun qarşısına çıxarılması Azərbaycana qarşı erməni separatizminin perspektiv imkanlarına əhəmiyyətli zərbə ola bilər: Koçaryan istisna olmaqla, dördü - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və Samvel Şahramanyan nəzarətimizdədir".
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1146884.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    36
    40
    10
    27
    31
    30
    27
    14
    27
    15
    12
    22
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar