Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
ABŞ-nın mövqeyi separatçılıqla mübarizə deyil - TƏHLİL Xəbərlər

0

  • ABŞ sentyabrın 1-dən bölgədə yolların açılması və Ağdam-Xankəndi marşrutunun işə düşməsi ilə bağlı razılaşmadakı mövqeyindən geri çəkilib. İlk baxışdan düşünmək olar ki, ABŞ-nin mövqeyinin dəyişməsinə səbəb Ermənistan və separatçıların təzyiqi olub, amma bu variant da inandırıcı deyil.
    Buz.Su Trend-ə istinadən bildirir ki, mediadakı məlumatlara görə, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlarda həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş edib. Daha sonar ABŞ-nin mövqey dəyişməsinin isə əsas səbəbi ABŞ-nin öz maraqlarını güdməsidir. Erməni lobbisinin ABŞ hakimiyyətinə təsir imkanları olsa da, məsələnin bu istiqamətdə cəryan etməsi heç də bu təsirin gücündən asılı deyil. Reallıqda ABŞ özü Ermənistandan Azərbaycana qarşı həyata keçirdiyi siyasətdə vasitə kimi yararlanır.
    Hadisələrin xronoloji ardıcıllığı da bunu deməyə əsas verir. Belə ki, Vaşinqton əldə edilmiş razılaşmanın icrasına nail olmaq üçün əlindən gələni edirdi. Daha sonar isə Ermənistan baş naziri Nikol Paşinyan mövqeyini 180 dərəcə dəyişdi və Azərbaycan qarşı ərazi iddiası ilə çıxış etməyə başladı.
    Bu mərhələdə ABŞ Ermənistana təzyiq göstərmək əvəzinə ABŞ Dövlət Departamentində və Konqresdə indi sadəcə, Laçın yolunun açılmasının zəruriliyindən, "qarabağlı ermənilərin məruz qaldıqları humanitar fəlakət"dən bəhs edirlər.
    Əslində ABŞ-nin Azərbaycanla bağlı mövqeyi 30 ildir ki bəlli idi. ABŞ-ın keçmiş sovet məkanındakı münaqişələr arasında ən ədalətsiz yanaşdığı Qarabağ münaqişəsi olub. ABŞ hər zaman digər məsələlərlə müqayisədə Qarabağ məsələsində fərqli mövqey sərgiləyib. Azərbaycanın haqlı mövqeyini dəstəkləmək əvəzinə ABŞ rəsmiləri beynəlxalq müstəvidə ermənilərlə həmrəy olub.
    ABŞ-nin mövqeyinin əsasında ədalət və separatçılıqla mübarizənin dayanmadığı açıq görünür. ABŞ üçün hər zaman öz maraqları daha öndə gəlir.
    Bu maraqlar isə göz önündədir:
    Birincisi ABŞ-dəki erməni lobbisinin səsini almaq. Çünki Amerikada siyasətçilər üçün səs gələcək qrupların marağını təmin eləmək bütün prinsiplərdən üstündür.
    İkincisi Azərbaycanın həll edilməmiş probleminin qalmasıdır. Bu da ABŞ üçün Azərbaycana gələcəkdə təsir və təzyiq edə bilmək üçün əsas versin.
    Azərbaycanın öz hərbi-siyasi gücü hesabına münaqişəyə son qoyması və Qarabağda gördüyü işlər okenın o tərəfindəkiləri də ciddi narahat edir.
    Üçüncü vacib məqam isə ondan ibarətdir ki, bu gün Ermənistan ABŞ-nin bölgədəki poliqonuna çevrilməkdədir. Eyni sərhəd boyu İran, Rusiya, Avropa İttifaqı və ABŞ-ın varlığını təmin edən Paşinyanın bu yolla "təhlükəsizlik təminatı" Ermənistan üçün böyük təhlükəyə çevrilib.
    ABŞ, Fransa və digərləri də Azərbaycanın hazırki real gücünü yaxşı bilirlər. Onlar anlayır ki, Azərbaycan bölgədəki separatçıları tərkisilah edib, inteqrasiya prosesini özü başlada bilər. Bu isə hegemon dövlətrin maraqlarına uyğun gəlmir. Buna görə də ABŞ bölgədə sülhə töhfə verməkdə maraqlı deyil.
    Azərbaycanın siyasi kursundakı qətiyyət onu göstərir ki, əgər ABŞ də Fransa kimi özünü Ermənistanın vəkili kimi aparacaqsa, o zaman onun da vasitəçiliyinə nə ehtiyac qalacaq!
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1143834.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    12
    30
    22
    25
    33
    27
    23
    23
    24
    18
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar