Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Sevil Mikayılova: “Bu seçkilər ölkəmizdə yeni bir dövrün başlanğıcı olacaq” Xəbərlər

0

  • "Azərbaycanın ictimai-siyasi həyatında növbəti tarixi hadisənin astanasındayıq. Bu il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkiləri digərlərindən fərqləndirməyimiz və tarixi hadisə kimi səciyyələndirməyimiz üçün bir sıra müstəsna şərtlər var. Bu prezident seçkiləri Azərbaycanın yeni tarixində yeni dövrün başlanğıcı olacaq".
    Buz.Su xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib. S.Mikayılova bildirib ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.
    "Ərazi bütövlüyünü və suverenliyini tam və qəti bərpa etmiş Azərbaycan Respublikası yeni siyasi dönəmə daxil olub və mövcud reallıqların fonunda seçkilərin keçirilməsi güclü və qüdrətli ölkə olaraq dövlətimizin yeni tarixi dövrə qədəm qoyduğunu təsbit edir", - deyən deputat qeyd edib ki, seçki prosesi demokratik və şəffaf şəkildə baş verir.
    Onun sözlərinə görə, Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq tələblərə tam uyğundur: "Seçki Məcəlləsi demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün bütün şərtləri özündə ehtiva edir və məcəllə indiyə qədər müvafiq dəyişikliklər edilməklə daha da təkmilləşdirilib".
    Eyni zamanda, Sevil Mikayılova bildirib ki, bütün namizədlər üçün bərabər şərait yaradılıb: "Hər bir namizəd öz seçki təşviqatını lazımi qaydada həyata keçirmək imkanı əldə edib. Bu seçkilər Azərbaycanın tarixinə növbəti demokratik və şəffaf seçkilər kimi düşəcək və ölkəmizdə yeni bir dövrün başlanğıcı olacaq".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1177589.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    16
    27
    27
    13
    19
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar