Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz Xəbərlər

0

  • Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda güclü qorxu və panikaya səbəb olur. 
    Buz.Su publika.az-a istinadən xəbər verir ki, çağımızın yeni xəstəliyi kimi göstərilən bu anlayış daha çox yeniyetmə və gənclərdə müşahidə edilir. Rəqəmsallaşma ilə hər gün həyatımıza bir çox fərqli anlayış və davranışlar daxil olur və zaman keçdikcə gündəlik həyatımızın bir hissəsinə çevrilir. Nomofobiya sadəcə olaraq telefonunuz yanınızda olmadıqda hiss etdiyiniz çaxnaşma və qorxu deməkdir. Yəni söhbət insanın internet olmadığı, batareyanın tükəndiyi və ya telefonuna çata bilməməsi zamanı keçirdiyi qorxu və panikadan gedir. Bir növ, bunu bir asılılıq kimi düşünə bilərik.
    Bu maraqlı tərif ilk dəfə 2008-ci ildə Birləşmiş Krallıq Poçt İdarəsi tərəfindən sifariş edilən bir araşdırmada irəli sürülüb. 2100-dən çox insan arasında aparılan araşdırma, iştirakçıların 53 faizinin nomofobiya yaşadığını göstərib. Əslində, iştirakçılardan niyə telefonlarını heç vaxt söndürmədiklərini soruşduqda belə cavablar verilib:
    - 55 faiz deyir ki, ailəsi və dostları ilə əlaqə saxlamalıdır,
    - 10 faizi işə görə,
    - 9 faiz isə telefonlarını söndürməyin onları narahat etdiyini bildirib. 

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/hitech/1196558.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməElm və Texnoloji
    KateqoriyaTexnologiya xəbərləri
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    20
    10
    19
    23
    31
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar