Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ərdoğan gündəmə damğasını vurdu - ABŞ-ın baş diplomatını saymadı Xəbərlər

0

  • İsrail-HƏMAS savaşı davam edərkən, ABŞ dövlət katibi Entoni Blinkenin diplomatik trafiki dünya mətbuatının gündəmindədir.
    Buz.Su teleqraf.com-a istinadən bildirir ki, Fransanın AFP xəbər agentliyi bundan əvvəl İraq, Fələstin və İsrailda olan Blinkenin Türkiyə səfəri ilə bağlı təhlil dərc edib.
    "Blinken Türkiyənin qəzəbini soyutmağa çalışır" adlı təhlildə ABŞ dövlət katibinin Ankaradakı təmaslarının çətin olduğunu bildirib.
    Ankaranı Vaşinqtonun ən strateji, amma çətin müttəfiqlərindən biri kimi xarakterizə edən AFP yazır ki, Blinken Qəzzada axan qanla bağlı Türkiyənin qəzəbini sakitləşdirməyi hədəfləyir.
    Dövlət katibinin oktyabrın 7-dən bəri ilk dəfə Ankaraya səfər etdiyini vurğulayan fransız agentliyi Türkiyədə həm İsrailə, həm də Qərbə qarşı qəzəbin küçələrə sıçradığını vurğulayıb.
    AFP ötən həftə sonu Adanada İncirlik bazası qarşısında keçirilən etiraz aksiyasını xatırladaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın Blinkenin səfəri gününə olan proqramına diqqət çəkib. Agentlik qeyd edir ki, Blinkenlə görüşü nəzərdə tutulmayan Ərdoğan ABŞ-ın baş diplomatını ciddiyə almayaraq, həmin gün ölkənin ucqar şimal-şərqinə gedib.
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1156335.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    28
    27
    11
    94
    19
    27
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar