Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Sülh sazişi üçün bu ərəb ölkəsi təklif edilə bilər Xəbərlər

0

  • Birləşmiş Ərəb Əmirlikləri Avrasiya və Cənubi Qafqaz ölkələrinə yatırımlarını ildən ilə artırır. Bu ölkə Türkiyənin gəlir gətirən şirkətlərinin səhmlərini alaraq ortaq layihələr reallaşdırıb, növbəti mərhələdə 50 milyarddan çox yatırım qoymağı planlaşdırıb. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirib, "Abşeron" qaz yatağında payı var. Əmirliklər Ermənistanın da əsas ticarət tərəfdaşıdır. Bu ilin 9 ayında iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard dolları aşıb.
    Buz.Su axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
    O bildirib ki, BƏƏ Azərbaycanla Ermənistan arasındakı danışıqları da diqqətlə izləyərək ötən ilin dekabr ayında bununla bağlı bəyanat yayıb:
    "Bəyanatda iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilərək fikir ayrılıqlarının sülh yolu ilə həllində körpülərin qurulmasının, əməkdaşlıq və dialoqun vacibliyi vurğulanıb.



    Bu fəallıq nəzərə alınaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün Birləşmiş Ərəb Əmirliklərinin ərazisi təklif edilsə, gərək təəccüblənməyək. Neytral dövlət olmaqla yanaşı Azərbaycan və Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1172192.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    33
    20
    6
    32
    20
    23
    22
    29
    30
    32
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar