Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ermənilər yeni müharibəyə hazırlaşır? Xəbərlər

0

  • Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması ilə bağlı çeşidli təxminlər səslənir. Siyasətçilər, avropalı "vasitəçilər", ekspertlər və xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanla yaxın ətrafı sülh anlaşmasının ilin sonunadək imzalanacağını istisna etmədiklərini deyirlər.
    Fəqət, sülh sənədlə və ya anlaşma ilə yox, sazişi reallaşdıran dövlətlərin rəsmi ərkanı ilə cəmiyyətinin öhdəliklərə tam əməl etməsi ilə bərqərar olur.
    Ermənistan sülhə hazırdırmı və ya imzalayacağı sənədin şərtlərinə əməl edəcəkmi?
    İkinci Qarabağ Müharibəsində kapitulyasiya edən, Xankəndindəki separatçı xuntanın mövcudluğuna son qoyulması faktı ilə razılaşmaq məcburiyyətində qalan Ermənistan bütün bunlara rəğmən, sürətlə silahlanmağa başlayıb.
    Erməni cəmiyyətində revanşizm və qisasçılıq meylləri zəifləmək əvəzinə, daha da artır.
    İrəvanda çıxan "Fakt" qəzekti isə yazır ki, Nikol Paşinyan hakimiyyəti "revanş" kəlməsinin cəmiyyətin lüğətindən çıxarılmasına çalışır.
    Hakimiyyətdəki "Mülki Müqavilə" Partiyasının funksionerlərindən biri isə deyib: "Azərbaycanla imzalanacaq sülh müqaviləsi biz tərəfdən revanşın, qisasın olmayacağını ehtiva edir. Əgər revanş olacaqsa, hansı sülh müqaviləsindən danışa bilərik. Əgər Ermənistan revanşa hazırlaşdığını bəyan edərsə, bu, ölkəmizin sonuna aparacaq yol olacaq".
    Ermənilərin dediklərinə görə, rəsmi Bakı İrəvandan tələb edib ki, revanşizmlə bağlı çağırışlara son qoyulsun, qisasçılığı təbliğ edərək yeni müharibə istəyənlərin "cavabı verilsin".
    Rəsmi İrəvan bütün bunlarla bağlı dövlət səviyyəsində addımlar atmalıdır.
    Paşinyan iqtidarı sülh istəyirsə, Ermənistandakı konkret adamlarla konkret qüvvələrin davranışları ilə çağırışlarına daha ciddi fikir verməlidir.
    Orxan Hun
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1167648.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19
    14
    20
    29
    30
    25
    27
    33
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar